Bank Of Baku

FİFA milli komandaların növbəti reytinq sıralamasını açıqlayıb

FİFA milli komandaların növbəti reytinq sıralamasını açıqlayıb
# 18 iyul 2007 10:58 (UTC +04:00)
FİFA milli komandaların növbəti reytinq sıralamasını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Hesabında 277 xal olan millimiz yenə də 109-cu pillədədir. Qrupumuzdakı rəqiblərdən Portuqaliya 8-ci, Serbiya 17-ci, Polşa 21-ci, Finlandiya 41-ci, Belçika 70-ci, Qazaxıstan isə 118-ci pillədə qərarlaşıb. Bundan əvvəlki reytinqdə 48 pillə irəliləyən Ermənistan bir pillə də yüksələrək 79-cu yerə qalxıb. Oktyabrın 13-də qəbul edəcəyimiz Portuqaliya isə iki pillə geriləyib. Bakıda görüşəcəyimiz rəqiblərdən Serbiya beş, Belçika ilə hazırkı seçmə mərhələsində səfərdə oynayacağımız yeganə komanda olan Finlandiya yığması isə bir pillə irəliləyib. Qazaxıstan da bir pillə irəlilədiyi halda, Polşa üç pillə geriləyib.
Bir müddətlik fasilədən sonra reytinq sıralamasına liderliyi yenidən beşqat dünya çempionları Braziliya ələ keçirib ki, buna da komandanın ötən həftə Amerika kubokunu qazanması böyük təsir göstərib. Braziliyanın həmin turnirdə finalda 3:0 hesabı ilə məğlub etdiyi Argentina 2-ci, son dünya çempionu İtaliya isə 3-cü yerdədir. Qeyd edək ki, Türkiyə sıralamada 24-cü pillədə qərarlaşıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR