Bank Of Baku

Yatsek Jelinski: “Polşa futbolunun Azərbaycan futbolundan üstün olması yalnız kağız üzərində olan şeydir”

Yatsek Jelinski: “Polşa futbolunun Azərbaycan futbolundan üstün olması yalnız kağız üzərində olan şeydir”
# 18 iyul 2007 16:41 (UTC +04:00)
“MKT-Araz” haqda demək olar ki, məlumatımız yoxdur. Rəqib haqda informasiya internet vasitəsilə əldə etdiklərimizdir. “MKT-Araz”ın əsas qol ümidi olan moldovalı hücumçu Anatoli Doroşun vaxtilə Polşa klublarında çıxış etməsi haqda bilgimiz var. “MKT-Araz””n oyununu görməsək də, Bakıya onu məğlub etmək üçün gəlmişik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “MKT-Araz”ın UEFA kubokundakı rəqibi Polşanın “Qrotslin” klubunun baş məşqçisi Yatsek Jelinski bu gün keçirilən mətbuat konfransında deyib. Y. Jelinskinin sözlərinə görə, Polşa və Azərbaycan futbolu arasında səviyyə fərqinin böyük olması, “Qriotslin”in cütlükdə favorit sayılması olması hələ heç nə demək deyil: “Polşa futbolunun Azərbaycan futbolundan səviyyəcə yüksək olması kağız üzərində olan şeydir. Hər şeyi yaşıl meydandakı oyun göstərəcək. İndiyə kimi avrokuboklarda zəif sayılan klubların güclüləri mübarizədən kənarlaşdırmasını müşahidə etmişik. Azərbaycan futbolu bir neçə il əvvəl ilə müqayisədə inkişafdadır və “Xəzər-Lənkəran”ın Çempionlar Liqasında güclü rəqib saylan Xorvatiyanın “Dinamo” klubu ilə heç-heçə etməsi belə düşünməyə əsas verir. “MKT-Araz”ın ukraynalı baş məşqçisi İqor Nakoneçnının yaxşı, döyüşkən, intizamlı, sürətli və texnika oyunu ilə seçilən komanda yaratdığına inanırıq”. UEFA-nın qərarına əsasən ilk oyunu səfərdə keçirməyin ciddi fərq etmədiyini deyən Y. Jelinski Bakıdakı matçda qapıların toxunulmazlığına çalışacaqlarını bildirib: “4-4-2 taktiki sxemi ilə meydana çıxaraq, müdafiəyə xüsusi diqqət yetirəcəyik. Çünki Bakıdakı oyunda əsas vəzifəmiz qol buraxmamaq olacaq. Hər halda müdafiə olunmaqla yanaşı, baxımlı futbol nümayiş etdirməyə də çalışacağıq. Bakıdakı bizi çox yaxşı qəbul etdilər ki, buna görə “MKT-Araz”a minnətdarlığımızı bildiririk. Bakıda özümüzü çox yaxşı hiss edirik. Xüsusilə havanın sərin olmasından razı qalmışıq. Bakıda havanın isti olmasından qorxduğumuz halda, bunun əksini görmək bizi məmnun etdi”.
İ. Nakoneçnı “Qrotslin”lə sabahkı oyunun maraqlı olacağını bildirib. Ukraynalı mütəxəssis güclü klublarla qarşılaşmağın maraqlı olduğunu söyləyib. O, ilk oyunda qolsuz bərabərliyin onu qane edəcəyini qeyd edib: “Cavab görüşünü səfərdə keçirəcəyimizi nəzərə alsaq, ehtiyatlı olmalıyıq, bütün qüvvə ilə irəli atalı bilmərik. Bununla belə, öz meydanımıza oynadığımızdan qol vurub üstünlük qazanmalıyıq. İlk oyunda istənilən hesablı qələbə və qolsuz heç-heçə məni qane edəcək. Polşalı həmkarımdan fərqli olaraq, mən rəqibin oyununu görmüşəm. Bu, “Qrotslin”in həm çempionatda, həm də qalib gəldiyi kubokun final oyunu olub. “Qrotslin”in oyunu görməkdə mənə kömək edən azərbaycanlı jurnalistlərə minnətdaram. Rəqibimizin heyətində dəyişikliklər çox olub ki, bu, ilk növbədə baş məşqçi ilə bağlıdır. Yəni, “Qrotslin”də də bizdəki kimi, heyətin yenidən formalaşması ilə əlaqədar problem mövcuddur. Meydana hansı taktika ilə çıxmaq yox, onun icrası əsasdır. Təəssüf ki, Azərbaycan komandaları atletik futbolda rəqiblərindən geri qalır. Yeni futbolçularımızın əvvəlkilərlə müqayisədə səviyyələri üstün olduğundan transferlərdən razıyam. Sadəcə, vaxtın azlığı narahatlıq doğurur. Yeniləşən “MKT-Araz”ın nəyə qadir olmasını sabahkı oyun göstərəcək”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR