Bank Of Baku

Asim Xudiyev “Trabzonspor” “Otselul” oyununa hakim-inspektor təyin edilib

Asim Xudiyev “Trabzonspor”  “Otselul” oyununa hakim-inspektor təyin edilib
# 19 iyul 2007 10:21 (UTC +04:00)
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyevə UEFA-dan növbəti təyinat gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimiz “İntertoto” kubokunun 3-cü mərhələsi çərçivəsində Türkiyənin “Trabzonspor” və Rumıniyanın “Otselul” klublarının görüşündə hakim-inspektor funksiyasını yerinə yetirəcək. A. Xudiyev rusiyalı hakimlər Stanislav Suxina, Yevgeni Volnin və Viktor Kulagindən ibarət briqadanın işinə qiymət verəcək. Oyun iyulun 28-də Trabzon şəhərinin “Avni Aker” stadionunda keçiriləcək. A. Xudiyev Türkiyədən qayıtdıqdan sonra Belarusa yollanacaq. O, avqustun 2-də UEFA Kubokunun birinci təsnifat mərhələsində Brest şəhərində yerli “Dinamo” ilə Latviyanın “Metallurq” klubları arasında oynanılacaq matçda hakim-inspektorluq edəcək. Qeyd edək ki, A. Xudiyev bu il daha iki oyuna təyinat alıb. Həmyerlimiz iyunun 2-də gənclər arasında Avropa çempionatının seçmə mərhələsində Macarıstan Latviya, iyunun 30-da isə “İntertoto” kubokunun ikinci təsnifat mərhələsində “Çernomorets” (Ukrayna) “Şaxtyor” (Belarus) qarşılaşmalarında hakimlərin idarəçiliyinə nəzarət edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR