Bank Of Baku

Sabah AFFA futbolçu və məşqçilərin sifariş qiymətləri ilə bağlı yekun qərar qəbul edəcək

Sabah AFFA futbolçu və məşqçilərin sifariş qiymətləri ilə bağlı yekun qərar qəbul edəcək
# 19 iyul 2007 11:20 (UTC +04:00)
Sabah AFFA-nın mənzil-qərargahında növbədənkənar konfrans keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, gündəliyə yalnız bir məsələ daxil edilib. Belə ki, konfrans iştirakçıları XVI milli çempionatında futbolçuların və məşqçilərin sifariş qiymətlərini müzakirə edəcəklər. İyunun 13-də AFFA və klub rəsmiləri arasında baş tutmuş görüşdə növbəti ölkə çempionatında sifariş qiymətlərinin yerli futbolçu üçün 4000 manatdan 2000 manata, əcnəbi futbolçu üçün 20000 manatdan 8000 manata, yerli məşqçi üçün 10000 manatdan 5000 manata, əcnəbi məşqçi üçün 50000 manatdan 20000 manata endirilməsi haqda razılıq əldə olunub. Növbədənkənar konfransda bu məsələ ilə bağlı bir daha fikir mübadiləsi aparılaraq, yekun qərar çıxarılacaq. Gündəlikdə yer alan “digər məsələlər” bəndi isə AFFA və ya klub rəsmilərinin əlavə təkliflər irəli sürəcəyi təqdirdə müzakirələr aparmağa əsas verəcək. Saat 12:00-da başlanacaq konfrans çərçivəsində İcraiyyə Komitəsinin də iclası olacaq. İclasda Elxan Məmmədov AFFA-nın baş katibi vəzifəsinə rəsmən təsdiqlənəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR