Bank Of Baku

Sentyabrın 12-də Bakıda Azərbaycan və Gürcüstan milliləri arasında yoldaşlıq görüşü keçiriləcək

Sentyabrın 12-də Bakıda Azərbaycan və Gürcüstan milliləri arasında yoldaşlıq görüşü keçiriləcək
# 19 iyul 2007 12:28 (UTC +04:00)
Bu haqda “APA-Sport” agentliyinə məlumat verən AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun sözlərinə görə, Gürcüstan Futbol Federasiyası görüşün keçirilməsinə rəsmi razılıq verib: “Gürcülər təklifimizə tezliklə cavab verdilər. Artıq bu gün Gürcüstan Futbol Federasiyasından yoldaşlıq görüşü keçirməyə razı olduqları barədə faks almışıq”. B. Əsgərov bildirib ki, Gürcüstanla matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. AFFA UEFA-nın Avropa çempionatının seçmə mərhələsində sentyabr 8-də və 12-də Ermənistanla nəzərdə tutulan qarşılaşmaların keçirilməməsi barədə çıxardığı qərardan sonra rəqib axtarışına başlayıb. Sentyabrın 12-də yoldaşlıq görüşü keçirmək təklif edilən ilk ölkə - Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) göndərilən məktuba hələ cavab gəlməyib. B. Əsgərov vurğulayıb ki, BƏƏ müsbət cavab gələrsə, görüşün sentyabrın 8-nə təyin olunacağı istisna deyil. Həmçinin, Malta da AFFA-nın avqustun 22-də yoldaşlıq oyunu keçirmək təklifinə münasibət bildirməyib. Qeyd edək ki, Azərbaycan yığması tarixində ilk oyununu məhz Gürcüstana qarşı keçirib. 1992-ci il sentyabrın 17-də Gürcaani şəhərində baş tutan görüşdə milli komandamız 3:6 hesabı ilə məğlub olub. Bundan başqa, futbolçularımız gürcülərlə 1993-cü il mayın 25-də və 1998-ci il avqustun 12-də Gəncədə (hər iki oyun - 1:0), 2000-ci il iyunun 4-də Bakıda (0:0) və 2001-ci il mayın 9-da Kutaisidə (0:1) qüvvəsini sınayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR