Bank Of Baku

“Xəzər-Lənkəran” Xorvatiyaya çarter reysi ilə yollanacaq

“Xəzər-Lənkəran” Xorvatiyaya çarter reysi ilə yollanacaq
# 19 iyul 2007 15:53 (UTC +04:00)
“Xəzər-Lənkəran” Xorvatiyaya çarter reysi ilə yollanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, “Xəzər-Lənkəran” Çempionlar Liqasının birinci təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə iyunun 24-də keçirəcəyi cavab görüşündən bir gün əvvəl səfərə çıxacaq. Komandamız “Dinamo” ilə görüşəcəyi Zaqrebə iyunun 23-də 03.30-da “Croatiya Airlines” hava şirkətinin çarter reysilə yollanacaq. Qeyd edək ki, “Dinamo” da Bakıya bu hava şirkətinin çarter reysi ilə gəlmişdi. Zaqrebə təxminən üç saat sonra yetişəcək nümayəndə heyətimiz orada “Şeraton” otelində qalacaq. “Xəzər-Lənkəran” həmin gün son məşqini “Dinamo” ilə oynayacağı “Maksimir” stadionunda keçirəcək. Zaqrebdəki oyun bizim vaxtla 23.15-də başlayacaq ki, komandamızın son məşqini bu vaxtda keçirməsi nəzərdə tutulub. “Xəzər-Lənkəran”la səfərə çıxacaq nümayəndə heyətinin tərkibində 70-75 nəfər olacaq. Klub rəhbərliyi səfərə media nümayəndələrini və azarkeşləri aparmağı planlaşdırır. Qeyd edək ki, “Xəzər-Lənkəran” “Dinamo” ilə cavab görüşündən dərhal sonra geri qayıdacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR