Bank Of Baku

“MKT-Araz” UEFA kubokuna heç-heçə ilə başlayıb

“MKT-Araz”  UEFA kubokuna heç-heçə ilə başlayıb
# 20 iyul 2007 07:49 (UTC +04:00)
İmişlinin “MKT-Araz” klubu UEFA kuboku turnirinə heç-heçə ilə başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, komandamız birinci təsnifat mərhələsində Polşanın “Qrotslin” klubu ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi oyunu qolsuz bərabərliklə başa çatıb - 0:0. Bununla da, “MKT-Araz” qitə miqyaslı turnirdə öz meydanında yenə məğlub olmayıb. Qitə miqyaslı yarışlarda debütü ötən il İntertoto kubokunda olan “MKT-Araz” Moldovanın “Tiraspol” klubunu öz meydanında 1:0 hesabı ilə məğlub edib. İmişli təmsilçisi “Qrotslin”ə məğlub olmamaqla, indiyədək avrokuboklarda Polşa təmsilçilərinə uduzmayan ilk komanda olub.
Qeyd edək ki, “MKT-Araz” “Qrotslin”lə cavab görüşünü avqustun 2-də səfərdə keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR