Bank Of Baku

“Neftçi” “Rid” klubuna məğlub olub

“Neftçi” “Rid” klubuna məğlub olub
# 20 iyul 2007 08:27 (UTC +04:00)
“Neftçi” UEFA kubokunun birinci təsnifat mərhələsində Avstriyanın “Rid” klubu ilə ilk oyunda uğursuzluğa düçar olub. “APA-Sport” agentliyinin məlumatına görə, dördqat Azərbaycan çempionu “Rid” ilə səfərdə keçirdiyi görüşdə 1:3 hesabı ilə uduzub. Qarşılaşmanın 2-ci dəqiqəsində Herviq Dreşelin vurduğu qoldan sonra hesabda geri düşən komandamız tezliklə tarazlığı bərpa edib. 14-cü dəqiqədə Aqil Məmmədovun ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan Samir Əliyev bərabərlik qolunu vurub. Bu, S.Əliyevin “Neftçi”nin heyətində avrokuboklarda ilk, ümumiyyətlə, vurduğu ikinci qol olub. Avstriyalılar əzmkarlıq nümayiş etdirərək son beş dəqiqədə iki qol vurmağı bacarıb. 87-ci dəqiqədə Evald Brenner, bundan üç dəqiqə sonra Hamdi Salihi komandamızın qapısından iki top keçiriblər. “Neftçi” məğlub olmaqla, xoşagəlməz ənənəsini davam etdirib. Belə ki, “Neftçi” indiyədək UEFA kubokunda səfər oyunlarında bir qayda olaraq uduzur. Komandalar arasında cavab görüşü avqustun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR