Bank Of Baku

“Xəzər-Lənkəran” Xorvatiyaya iki futbolçusunu aparmayacaq

“Xəzər-Lənkəran” Xorvatiyaya iki futbolçusunu aparmayacaq
# 20 iyul 2007 12:23 (UTC +04:00)
“Xəzər-Lənkəran”ın və Azərbaycan milli komandasının 20 yaşlı hücumçusu Vüqar Nadirov Çempionlar Liqasının ilk təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” klubunu ilə cavab oyununu da buraxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, zədəli olduğundan “Dinamo” ilə Bakıda keçirilən oyunda iştirak etməyən V. Nadirovun zədə problemi həll olunmadığına görə, o, Xorvatiyaya aparılmayacaq. Komandamız cavab görüşünü keçirəcəyi Xorvatiyanın paytaxtı Zaqrebə kapitan Emin Quliyevi də aparmayacaq. “Dinamo” ilə ilk oyunda rəqibi vurduğuna görə qırmızı vərəqə alaraq meydandan qovulan E.Quliyev cəzalıdır. V. Nadirovla E.Quliyevin yoxluğunda “Xəzər-Lənkəran” səfərə 18 futbolçu ilə yollanacaq. Qısa müddətli istirahətdən sonra bu gün bir araya gələn “Xəzər-Lənkəran” səhər məşqini keçib və axşamkı hazırlığı saat 19:30-da başlanacaq. Zaqrebə yollananadək Bakıda üç gün hazırlıq keçəcək “Xəzər-Lənkəran” məşqlərini “Dinamo” ilə oynadığı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Sabah və birigün bir məşq prosesinin olması nəzərdə tutulub. Sabahkı məşq də 19:30-da başlanacağı halda, iyulun 22-də olan hazırlığın başlanma saatı dəqiqləşməyib. Belə ki, komandanın səfərə yollanması ilə əlaqədar məşqçilər korpusu Bakıda son məşqin keçirilmə vaxtını hələ müəyyənləşdirməyiblər. Qeyd edək ki, “Xəzər-Lənkəran” Zaqrebə iyulun 22-dən 23-ə keçən gecə 03.30-da çarter reysilə yollanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR