Bank Of Baku

AFFA-nın XII növbədənkənar konfransında futbolçuların və məşqçilərin sifariş qiymətləri endirilib, legioner limiti “5+2” olaraq qəbul edilib

AFFA-nın XII növbədənkənar konfransında futbolçuların və məşqçilərin sifariş qiymətləri endirilib, legioner limiti “5+2” olaraq qəbul edilib
# 20 iyul 2007 14:58 (UTC +04:00)
Daha sonra AFFA-nın mənzil-qərargahında qurumun XII növbədənkənar konfransı öz işinə başlayıb. Konfransda gənclər və idman naziri Azad Rəhimov və Nazirlər Kabinetinin rəsmisi Aləmşah Teymurov da qatılıb. Yığıncağı açıq elan edən AFFA prezidenti Ramiz Mirzəyev sözü mandat komissiyasının sədri Cavanşir Yusifova verib. C. Yusifov konfransa milli assosiasiyanın 30 üzvünün dəvət aldığını və bunlardan 24-nün tədbirdə iştirak etdiyini bildirib. Növbədənkənar konfransın əvvəlində R. Mirzəyev AFFA-nın yeni baş katibi Elxan Məmmədovu iştirakçılara təqdim edib. Sonradan bu gün 75 illik yubileyi tamam olan Qərb Regional Futbol Federasiyasının prezidenti Zahid Əsgərova gül dəstəsi və soyuducu bağışlanılıb. AFFA rəhbəri gündəlikdə XVI milli çempionatda futbolçuların və məşqçilərin sifariş qiymətlərinin endirilməsi, legioner limitinin qaldırılması məsələsinin durduğunu deyib. Növbədənkənar konfransdan öncə baş tutan İcraiyyə Komitəsinin iclasında isə ölkə çempionatında “qızıl oyun”un ləğv edilməsi təklifi irəli sürülüb. Bundan başqa, “Karvan” klubunun prezidenti Cavanşir Şirəliyev milli çempionatın reqlamentinin dəyişdirilməsinin, komandaların sayının 10-a endirilməsinin və yarışın 4 dövrədən ibarət keçirilməsini təklif edib. Beləliklə, konfransda 3 məsələ müzakirə olunub. Konfrans iştirakçıları iyunun 13-də AFFA və klub rəsmilərinin razılaşdırdığı sifariş qiymətlərini dəstəkləyiblər. Yeni çempionatda sifariş qiymətlərinin yerli futbolçu üçün 4000 manatdan 2000 manata, əcnəbi futbolçu üçün 20000 manatdan 8000 manata, yerli məşqçi üçün 10000 manatdan 5000 manata, əcnəbi məşqçi üçün 50000 manatdan 20000 manata endirilib. Legioner limiti “5+2” sisteminə uyğun qəbul edilib. Həmçinin, çempionatı eyni xalla başa vuran iki komanda arasında keçirilən “qızıl oyun” ləğv olunub. Bundan sonra Azərbaycanda əksər Avropa ölkələrində olduğu kimi, qızıl medalların sahibi birbaşa müəyyənləşəcək. Yarışda iki komandanın xalları eyni olacağı təqdirdə, onların şəxsi görüşləri, ehtiyac yaranarsa, top fərqləri, qələbələrin, sarı və qırmızı vərəqələrin sayı nəzərə alınacaq. Hər iki komandada bütün bu göstəricilər bərabər olarsa, “qızıl oyun” təyin olunacaq. “Karvan”ın prezidenti Cavanşir Yusifovun irəli sürdüyü təklif isə gələcək toplantılarda müzakirə mövzusuna çevriləcək. /APA-Sport/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR