Bank Of Baku

Ramiz Mirzəyev: “Nə mən, nə də yeni baş katib Elxan Məmmədov Hakimlər Komitəsinin sədri Əli Hüseynovun istefası tələbi ilə çıxış etməmişik”

Ramiz Mirzəyev: “Nə mən, nə də yeni baş katib Elxan Məmmədov Hakimlər Komitəsinin sədri Əli Hüseynovun istefası tələbi ilə çıxış etməmişik”
# 20 iyul 2007 14:16 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri AFFA prezidenti Ramiz Mirzəyev İcraiyyə Komitəsinin (İK) bu gün keçirilən iclasından sonra deyib. R. Mirzəyev bildirib ki, İK-nın gündəliyində Ə. Hüseynovla bağlı məsələ durmasa da, müzakirələr sonda onun istefası ilə nəticələnib: “Nə mən, nə də yeni baş katib Əli Hüseynovun istefası tələbi ilə çıxış etmişik. Sadəcə, müzakirələr zamanı onun istefaya göndərilməsi məqsədəuyğun sayıldı”. R. Mirzəyev İK-da Elxan Məmmədovun baş katib vəzifəsinə rəsmən təsdiqləndiyini vurğulayıb. O, bildirib ki, E. Məmmədov eyni zamanda lisenziyalaşdırma qrupuna da rəhbərlik edəcək: “İcraiyyə Komitəsində 5 nəfər iştirak edirdi. Cahangir Hacıyev və Kazbek Tuayev ezamiyyətdə olduqlarından iclasa gələ bilməmişdilər. Bununla belə, Elxan Məmmədov baş katib və lisenziyalaşdırma qrupuna rəhbər təyin olundu. Səhhətindəki problemlərə görə baş katib vəzifəsindən istefa verən Fuad Əsədov isə öz xahişi ilə AFFA prezidentinin müşaviri oldu. Həmçinin, ekspert komissiyasının tərkibi təsdiqləndi, bəzi komitə və departamentlərdə dəyişikliklər baş verdi”. AFFA prezidenti oyun alqı-satqısı ilə bağlı fikirlərin səsləndirildiyini, amma əldə tutarlı faktın olmadığını söyləyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum milli çempionatın obyektiv və şəffaf keçirilməsinə çalışır: “AFFA prezidenti kimi hamıya bəyan edirəm ki, biz ölkə çempionatının obyektiv və şəffaf keçirilməsinə çalışırıq. Yadınızdadırsa, “Olimpik” “Neftçi”, “Turan” “Karvan” oyunlarında gözlənilməz nəticələr qeydə alındı. “Olimpik” və “Turan” çempionluğa iddialı komandaları büdrədə bildi. Ancaq belə komandalar bütün mövsüm ərzində eyni tempdə oynamağı bacarmırlar”. R. Mirzəyev klubların qeyri-sabit oyun nümayiş etdirmələrində futbolçuları günahlandırıb: “Bəzi futbolçuların səviyyələri çox aşağıdır. Buna görə də Avropa klublarında oynamaq, legioner həyatı yaşamağa cürət etmirlər”. O, milli komandadan imtina edən futbolçuları da tənqid edib: “Elə futbolçular var ki, yığmanın bir matçında oynayır, digərindən isə imtina edir. Bu oyunçularda vətənpərvərlik, milli hisslər aşağıdır. Belə gedişlə Azərbaycan futbolu inkişaf edə bilməz”. R. Mirzəyev AFFA-da yaşından asılı olmayaraq, işinin öhdəsindən gələ bilməyənlərin tutduqları vəzifələrdən azad ediləcəyini nəzərə çatdırıb. Assosiasiya prezidenti yaxın günlərdə futbol matçlarına qoyulan proqnozlara (totalizator) dair qanun çıxarılacağını və bununla əlaqədar dövlətə vergi ödəniləcəyini bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR