Bank Of Baku

Şahin Diniyev: “Klublarımızın avrokuboklarda mərhələ keçmək şansları ürəkaçan deyil”

Şahin Diniyev: “Klublarımızın avrokuboklarda mərhələ keçmək şansları ürəkaçan deyil”
# 21 iyul 2007 08:15 (UTC +04:00)
“Klublarımızın avrokuboklarda mərhələ keçmək şansları ürəkaçan deyil”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev deyib. “Xəzər-Lənkəran”ın Çempionlar Liqasında, “Neftçi” və “MKT-Araz”ın UEFA kubokunda növbəti mərhələyə çıxmasının çətin olacağını vurğulayan Ş.Diniyevin sözlərinə görə, əvvəlki illərlə müqayisədə klublarımızın qitə miqyaslı yarışlarda çıxışlarında yaxşılığa doğru meyllər hiss olunur: “Daha əvvəlki kimi biabırçı məğlubiyyətlərlə üzləşmirik. İrəliləyiş var. Ancaq çatışmazlıqlar da mövcuddur. Komandaların taleyinə bir oyuna görə qiymət vermək düzgün olmazdı. Belə ki, əksər klublar adətən güclərini iki oyuna paylaşdırırlar. Fikrimcə, ilk qarşılaşmalardan sonra hesaba görə “MKT-Araz”ın növbəti mərhələyə çıxmaq şansı daha yaxşıdır. Amma oyuna görə bu sözləri “Neftçi”yə şamil etmək olar. Qurban Qurbanovun komandası səfərdən sərfəli nəticə, 1:1 hesabı ilə dönməyə yaxın olsa da, son dəqiqələrdə iki qol buraxdı. Hətta dördüncü qolu da buraxıb, böyük hesabla məğlub ola bilərdi. Yaxşı oyun nümayiş etdirən “Xəzər-Lənkəran”ın “Dinamo” səddini aşması çətin olacaq”. Ş.Diniyev milli komandada rəhbərliyi altında çıxış edən futbolçuların çıxışına da münasibət bildirib: “Xəzər-Lənkəran”da forma geyinən yığma komanda üzvləri yaxşı təsir bağışladılar. “MKT-Araz”da Zaur Həşimovu bəyəndim. “Neftçi”də Aleksandr Çertoqanovla Ramazan Abbasov çıxış etmədiyindən, onların oyununu görmədim. Ramin Quliyev orta səviyyəli nümayiş etdirdi. Yəni nə zəif, nə də əla çıxış etdiyini demək olmaz. Branimir Subaşiçin oyunu xoşuma gəldi. Meydanda olduğu müddətdə çox işlədi, rəqib müdafiəsini daim gərginlikdə saxladı. Əlinə düşən qol imkanından yaralansaydı, lap əla olardı. Oyunun qəhrəmanına çevrilə bilərdi. Ancaq bir qol epizodunu qaçırmaqla, futbolçu haqda pis fikir yürütmək düzgün deyil”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR