Bank Of Baku

Gürcüstanın “Qaqra” klubu “Bakı” ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib

Gürcüstanın “Qaqra” klubu “Bakı” ilə yoldaşlıq görüşü keçirməkdən imtina edib
# 21 iyul 2007 09:33 (UTC +04:00)
Gürcüstanın “Qaqra” və Azərbaycanın “Bakı” klubları arasında bu gün keçirilməsi planlaşdırılan yoldaşlıq görüşü baş tutmayacaq. Bu barədə “APA-Sport” agentliyinə hazırda Qubada təlim-məşq toplanışında olan “Qaqra”nın baş məşqçisi George Gequçadze məlumat verib. Gürcüstanlı məşqçinin sözlərinə görə, “Bakı” rəsmiləri ilə oyunun keçiriləcəyi yerlə bağlı ortaq məxrəcə gələ bilməyiblər: “Biz matçın Qubada, qarşı tərəf isə Bakıda oynanılmasını istəyirdi. Ümumi razılığa gələ bilmədiyimizdən yoldaşlıq görüşü keçirilmədi”. G.Gequçadze bildirib ki, gələn həftə “Bakı” ilə qarşılaşacaqları istisna deyil: “İyulun 24-də Bakıya gələrək, Azərbaycanın 19 yaşınadək futbolçulardan ibarət yığması ilə oynayacağıq. Ertəsi gün “İnter-2”, iyulun 27-də isə “Standard”la görüş nəzərdə tutulub. “Bakı”ya iyulun 26-da oynamağı təklif etməyimizə baxmayaraq, hələ cavab almamışıq”.
Qeyd edək ki, “Qaqra” Gürcüstan çempionatının birinci divizionunda mübarizə aparır. Son mövsümdə komanda güclülər dəstəsinə vəsiqə qazanmağa yaxın olsa da, play-off qarşılaşmalarında uduzaraq birinci divizionda qalıb. “Qaqra” bu həftənin əvvəllərində Qubaya təşrif buyurub. Gürcüstanlılar iyulun 17-də Bakının “Olimpik” klubu ilə keçirdikləri yoldaşlıq matçında 1:3 hesablı məğlubiyyətə düçar olublar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR