Bank Of Baku

UEFA Emin Quliyevi beş oyunluq cəzalandırıb

UEFA Emin Quliyevi beş oyunluq cəzalandırıb
# 23 iyul 2007 08:00 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubunun yarımmüdafiəçisi Emin Quliyev UEFA tərəfindən ağır cəzaya məruz qalıb. “APA-Sport” agentliyinin məlumatına görə, qitə futbol qurumunun Nizam-İntizam Komitəsi Emin Quliyevi beş oyunluq cəzalandırıb. 30 yaşlı futbolçu Çempionlar Liqasının birinci təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə Bakıda keçirilən görüşdə rəqibi vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub. Qarşılaşmanın israilli baş hakimi Meyr Levi E.Quliyevi rəqibi qəsdən vurmaqla yanaşı, onun üzünə tüpürdüyünü də protokolda qeyd edib. Bu səbəbdən UEFA-nın Nizam-İntizam Komitəsi futbolçunu ən böyük cəzaya məruz qoyub. E.Quliyev “Dinamo” ilə sabah Xorvatiyada keçiriləcək cavab görüşü ilə yanaşı, bundan sonra iki mərhələ oyunlarını da buraxacaq. “Xəzər-Lənkəran” Çempionlar Liqasında mübarizəni ilk mərhələdə dayandırsa və ya E.Quliyev başqa kluba keçsə belə, futbolçunun qitə miqyaslı yarışlarda cəzası növbəti mövsümlərdə də qüvvədə qalacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR