Bank Of Baku

Sabir Əliyev yenidən “Gənclərbirliyi” klubunun baş məşqçisi təyin olunub

Sabir Əliyev yenidən “Gənclərbirliyi” klubunun baş məşqçisi təyin olunub
# 23 iyul 2007 10:13 (UTC +04:00)
Sumqayıtın “Gənclərbirliyi” klubuna yeni baş məşqçi təyin olunub. Klubun mətbuat katibi Fərhad Həsənovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, moldovalı İliye Karpın komandadan gedişindən sonra boş qalan baş məşqçi postu Sabir Əliyevə həvalə edilib. Bu gün keçirilən klubdaxili iclasda S.Əliyev futbolçulara təqdim olunub. F.Həsənov yeni baş məşqçi ilə yaxın günlərdə rəsmi müqavilə bağlanılacağını bildirib: “Tərəflər rəsmi razılaşmaya bir neçə gündən sonra imza atacaqlar. Sabir Əliyevlə müqavilənin müddəti hələ müəyyənləşməyib”. F.Həsənov vurğulayıb ki, “Gənclərbirliyi” bu gün növbəti mövsümün hazırlığına başlayıb. S.Əliyevin rəhbərliyi altında Mehdi Hüseynzadə adına stadionda keçirilən ilk məşqdə 21 futbolçu iştirak edib. Gələn həftədən isə “Gənclərbirliyi”nin üzvləri təlim-məşq toplanışına yığışacaqlar.
Qeyd edək ki, son yarım ildə işsiz qalan S.Əliyev 2003/04 mövsümündə də “Gənclərbirliyi”ndə baş məşqçi postunu tutub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR