Bank Of Baku

Ramiz Məmmədov Roberto Karlosu qabaqlayıb

Ramiz Məmmədov Roberto Karlosu qabaqlayıb
# 23 iyul 2007 11:04 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası məhsuldar müdafiəçilərin siyahısını dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, Qəbələnin “Gilan” klubunun baş məşqçisi olan sabiq müdafiəçi Ramiz Məmmədov 80 nəfərlik siyahıda 33-cü pillədə qərarlaşıb. Azərbaycan milli komandasının sabiq futbolçusu olan 39 yaşlı R.Məmmədov 1992-2005-ci illər aralığında müxtəlif klubların heyətində keçirdiyi 285 oyuna 64 qol vurub. Həmvətənimiz bu sayda qol vuran “Qalatasaray”ın və Rumıniya yığmasının sabiq müdafiəçisi, artıq futbolçu karyerasını başa vuran Georgi Popeskunu bir pillə qabaqlayıb. R.Məmmədovun 472 dəfə meydana çıxan G.Popesku ilə müqayisədə az oyun keçirməsi üstün sayıldığından, o tanınan rumıniyalı həmkarından öndə yer alıb. Braziliya yığmasının heyətində dünya çempionluğunu qazanan 34 yaşlı müdafiəçi Roberto Karlos R.Məmmədovdan az qol vurduğu üçün həmyerlimizdən geridə qalıb. Yaxınlarda “Real”dan “Fənərbaxça” klubuna keçən R.Karlos 526 oyuna 61 qol vurub. Siyahıya isə 533 oyuna 193 qol vuran hollandiyalı, hazırda PSV klubuna çalışdıran Ronald Kuman başçılıq edir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR