Bank Of Baku

“Qaraba𔝠Liberiya Futbol Federasiyasına sorğu göndərib

“Qaraba𔝠Liberiya Futbol Federasiyasına sorğu göndərib
# 23 iyul 2007 13:14 (UTC +04:00)
Ağdamın “Qaraba𔝠klubu Liberiya Futbol Federasiyasına (LFF) sorğu göndərib. “APA-Sport” agentliyinin məlumatına görə, Türkiyədən təlim-məşq toplanışından qayıdan “Qaraba𔝠heyətə qatdığı 22 yaşlı liberiyalı İsaak Tuku Pupo ilə bağlı LFF-yə etdiyi müraciətə müsbət cavab alıb. LFF cavab məktubunda “Qarabağ”ın heyətinə qatmaq istədiyi İ.T.Paponun 2005/06 mövsümündə Liberiya çempionluğunu qazanan LPRC klubu ilə yollarını ayırıb hazırda sərbəst futbolçu olmasını və transfer vərəqəsini göndərməklə bağlı problemin olmadığını bildirib. LFF İ.T.Paponun hazırda Liberiya milli komandasının üzvü olduğunu təsdiqləyib. “Qaraba𔝠Türkiyədəki hazırlıq prosesində baxışa çağırıb bəyəndiyi bu liberiyalı yarımmüdafiəçi ilə uzunmüddətli anlaşmağı planlaşdırıb. Ölkəmizə gəlməklə bağlı sənədləri qaydasında olan İ.T.Puponun qarşıdakı günlərdə Bakıda olacağı gözlənilir. “Qaraba𔝠liberiyalıdan sonra baxışa çağırdığı 21 yaşlı konqolu müdafiəçi Kabana Sita Abrahamı isə bəyənməyərək geri qaytarıb. Mərkəz müdafiəçisi axtarışında olan “Qaraba𔝠Qvineya milli komandasının üzvünün yolunu gözləyir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR