Bank Of Baku

Qoqi Kavtaradze: “Azərbaycanla Gürcüstanın Bakıda yoldaşlıq görüşü keçirməsi ilə bağlı hələ razılıq əldə olunmayıb”

Qoqi Kavtaradze: “Azərbaycanla Gürcüstanın Bakıda yoldaşlıq görüşü keçirməsi ilə bağlı hələ razılıq əldə olunmayıb”
# 24 iyul 2007 08:40 (UTC +04:00)
“Azərbaycanla Gürcüstanın sentyabrın 12-də Bakıda yoldaşlıq görüşü keçirməsi ilə bağlı hələ razılıq əldə olunmayıb”. Bu sözləri “APA-Sport” agentliyinin Gürcüstan bürosuna Gürcüstan Futbol Federasiyasının (GFF) vitse-prezidenti Qoqi Kavtaradze deyib. AFFA-dan təklif aldıqlarını təsdiqləyən GFF rəsmisi yoldaşlıq matçı oynanılacağı barədə danışmağın tez olduğunu bildirib: “UEFA Ermənistanla Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oyunları ləğv etməsindən sonra Azərbaycanın rəqib axtardığından xəbərdarıq. Biz həqiqətən də Azərbaycandan təklif almışıq. Ancaq Bakıya gedib-getməyəcəyimiz barədə konkret söz deməyə çətinlik çəkirəm. Federasiyamız hələ qəti qərara gəlməyib. Həm də Gürcüstan yığmasının yoxlama oyunlarının planını baş məşqçi Klaus Topmöller tərtib edir. Topmöller istəyərsə, Azərbaycanla qarşılaşacağıq”. Q.Kavtaradze Gürcüstan yığmasının avqustun 22-də Lüksemburqla yoldaşlıq görüşündə qüvvəsini sınayacağını, sentyabrın 8-də isə Ukrayna ilə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üz-üzə gələcəyini vurğulayıb. O, beşqat dünya çempionu Braziliya ilə yoldaşlıq oyununun maddi məsələlərə görə baş tutmadığını söyləyib: “Braziliya futbol rəsmiləri yığmanın Tbilisiyə gəlməsi üçün bizdən külli miqdarda pul tələb etdilər. Onlarla yoldaşlıq oyunu keçirmək variantını gələn il yenidən müzakirə edəcəyik”.
AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov isə “APA-Sport” agentliyinə açıqlamasında GFF-dən rəsmi razılıq məktubu aldıqlarını deyib: “Gürcüstanlılar hələ qəti qərara gəlməyiblər? Axı, onların göndərdiyi faks bu dəqiqə stolumun üstündədir. Gürcüstan milli komandası sentyabrın 12-də Bakıya gəlməyə rəsmən razılıq verib”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR