Bank Of Baku

“Karvan” Samir Abdulovla bağlı növbəti bəyanat yayıb

“Karvan” Samir Abdulovla bağlı növbəti bəyanat yayıb
# 24 iyul 2007 09:39 (UTC +04:00)
Yevlaxın “Karvan” klubu 20 yaşlı futbolçu Samir Abdulovla bağlı növbəti bəyanat yayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Yevlax təmsilçisi Azərbaycanın olimpiya yığmasında da çıxış edən S.Abdulovun hər hansı kluba transferi ilə bağlı məsələnin artıq bağlandığını bəyan edib: “Samir Abdulov hər hansı məbləğə satılmır. Onun başqa kluba keçidi məbləğ ödənmədən baş tutacaq. Ancaq bu yalnız növbəti mövsümdə baş tuta bilər. Samirin qarşıdakı mövsümdə də “Karvan”ın şərəfini qoruyacağını bəyan edirik”. Qeyd edək ki, S.Abdulov bir aydır “MKT-Araz”ın heyətində yer alıb və Ukraynada hazırlıq prosesi keçib. Onu heyətinə qatmaqda israrlı olan “MKT-Araz” “Karvan”la razılığa gəlmədiyindən, futbolçunu UEFA kubokunda iştirak ərizəsinə daxil edə bilməyib. “Karvan” S.Abdulovun qanunsuz sıralarına qatan “MKT-Araz”la bağlı AFFA-nı yazılı şəkildə məlumatlandırıb və federasiyadan gələn cavabda məsələnin klublar arasında həll edilməsi tövsiyə edilib. Əks təqdirdə, “MKT-Araz”ın Nizam-İntizam Məcəlləsinə müvafiq olaraq, 6500 manat cərimələnəcəyi gözlənilir.
Qeyd edək ki, “Karvan” komandanın düşərgəsinə yollanmaqla bağlı müraciət etdiyi S.Abdulovdan hələlik müsbət cavab almayıb. Geri qayıtmaq istəməyən futbolçu artıq “MKT-Araz”la birgə hazırlıq keçmədiyini də bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR