Bank Of Baku

Rasim Kara: “Növbəti mövsümdə iddialı olacağıq”

Rasim Kara: “Növbəti mövsümdə iddialı olacağıq”
# 24 iyul 2007 11:05 (UTC +04:00)
“Komandamın Türkiyədəki hazırlıq prosesindən razı qaldım”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qaraba𔝠klubunun baş məşqçisi Rasim Kara deyib. Vətənində üç həftəlik çalışmaların faydalı olduğunu söyləyən türkiyəli çalışdırıcının sözlərinə görə, təlim-məşq toplanışı yüksək səviyyədə keçib: “Yoxlama oyunlarına gəlincə, bizim üçün əsas nəticə yox, oyun idi. Çünki gələcəyin komandasını yaradırıq və Türkiyəyə apardığım çoxlu gənc, yeniyetmə futbolçuları yoxlamağım vacib idi. Bu, onların ilk növbədə təcrübələrinin artması üçün lazım idi. Bizi nəticədən daha çox bu məqam maraqlandırırdı. Azərbaycan milli komandasının üzvləri olan yeni transferlərimiz Fərhad Vəliyevlə Murad Ağakişiyev məşqlərdə can yandırdılar. Rəhbərliyim altında çıxış etmək istəyən Fərhadla Muraddan razı qaldım”. R.Kara ötən illə müqayisədə “Qarabağ”ın qarşıdakı mövsümdə iddialı çıxış edəcəyini söyləyib: “Gələcəyin komandasını yaratmağımız o demək deyil ki, “Qarabağ”ı qarşıdakı mövsümdə nəticə maraqlandırmır və bu səbəbdən iddiasız olacaq. Əksinə, iddialı olaraq, turnir cədvəlində bacardığımız qədər irəliləməyə çalışacağıq. Liberiyalı millisində çıxış edən İsaak Tuku Puponun keçidini həll etmişik. Onunla yanaşı, qvineyalı mərkəz müdafiəçinin də yolunu gözləyirik”.
Bu gündən R.Karanın rəhbərliyi altında hazırlığı Bakıda davam etdirəcək “Qaraba𔝠iyunun 27-də Azərbaycanın 19 yaşlılardan ibarət komandası ilə yoxlama oyunu keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR