Bank Of Baku

XVI Azərbaycan çempionatının püşkatma mərasimi iyulun 30-da keçiriləcək

XVI Azərbaycan çempionatının püşkatma mərasimi iyulun 30-da keçiriləcək
# 24 iyul 2007 12:36 (UTC +04:00)
Futbol üzrə 2007/08 mövsümünün püşkatmasının vaxtı bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycanın XVI milli çempionatının püşkü iyulun 30-da keçiriləcək. AFFA-nın mənzil-qərargahında təşkil ediləcək mərasimə çempionatda çıxış edəcək klubların nümayəndələrinə dəvət göndərilib. Bunlar “Xəzər-Lənkəran”, “Neftçi” “Bakı”, “İnter”, “MKT-Araz”, “Olimpik”, “Karvan”, “Simurq”, “Qarabağ”, “Turan”, “Gilan” və “Gənclərbirliyi” ilə yanaşı, bu il yüksək liqaya vəsiqə qazananlar, “Masallı” ilə “Standard Bakı” klublarıdır.
Qeyd edək ki, avqustun 11-də startı veriləcək XVI ölkə çempionatında oyunların şənbə və bazar, kubok matçlarının çərşənbə günü keçirilməsi nəzərdə tutulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR