Bank Of Baku

Rasim Kara: “Türkiyədə Azərbaycan futboluna maraq artıb”

Rasim Kara: “Türkiyədə Azərbaycan futboluna maraq artıb”
# 24 iyul 2007 13:30 (UTC +04:00)
“Türkiyədə Azərbaycan futboluna maraq artıb. Azərbaycan klublarının avrokuboklarda çıxışı həmvətənlərimin diqqət mərkəzində idi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Qaraba𔝠klubunun baş məşqçisi Rasim Kara deyib. Türkiyəli çalışdırıcı komandasının hazırlıq prosesi keçdiyi vaxtda “Xəzər-Lənkəran”, “Neftçi” və “MKT-Araz”ın avrokuboklarda oyunlarını izlədiyini söyləyib: “Azərbaycan klublarının qitə miqyaslı turnirlərdə ilk görüşlərini televiziyadan izlədim. “Xəzər-Lənkəran”ın Xorvatiyanın “Dinamo” klubu ilə Bakıdakı matçında qeydə alınan nəticəyə çox üzüldüm. “Xəzər-Lənkəran” güclü rəqiblə qarşılaşmada hesabda irəli çıxdığı halda, üstünlüyünü tezliklə əldən verdiyinə və ardınca kapitan Emin Quliyev meydandan qovulduğuna görə çox təəssüfləndim. “MKT-Araz”ın “Qrotslin” klubuna öz meydanında uduzmamağı, heç-heçə etməsi mərhələ keçmək şansını saxlayır. “Neftçi” isə “Rid” ilə səfər matçında yaxşı oyun nümayiş etdirsə də, son dəqiqələrdə diqqətsizlik ucbatından iki qol buraxdı”. Klublarımızın ilk görüşlərində yaxşı oyun nümayiş etdirdiyini deyən R.Kara mərhələ adlamaq şanslarının bitmədiyini qeyd edib: “Xəzər-Lənkəran”ın “Dinamo”nu səfərdə yenməsi çox çətin olacaq. Ancaq keçmiş komandamız səfərdə də 1:1 edib, penaltilər seriyasında mərhələ adlayacağını düşünürəm. “MKT-Araz”ın “Xəzər-Lənkəran”dan fərqli, öz meydanında qol buraxmamağı üstün cəhətdir. Yəni, səfərdə məhsuldar heç-heçə sayəsində mərhələ keçməyi mümkün variant sayıram. “Neftçi” klubunun isə Bakıda 2:0 hesablı qələbə qazanıb, mərhələyə keçəcəyinə inanıram”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR