Bank Of Baku

Əli Hüseynov: “Bəlkə də hakimlərlə bağlı işin daha yaxşı təşkili üçün istefaya göndərildim”

Əli Hüseynov: “Bəlkə də hakimlərlə bağlı işin daha yaxşı təşkili üçün istefaya göndərildim”
# 24 iyul 2007 15:41 (UTC +04:00)
“İnsan ölümə də hazır olmalıdır. Bu mənada tutduğum vəzifədən azad edilməyimi çox yaxşı qarşıladım. AFFA rəhbərliyi məsləhət bilibsə, deməli, belə lazımdır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sabiq sədri Əli Hüseynov deyib. AFFA İcraiyyə Komitəsinin iyulun 20-də keçirilən iclasında istefaya göndərilən Ə.Hüseynov bu qərarın gözlənilməz olmadığını bildirib: “Bəlkə də AFFA rəhbərliyi hakimlərlə bağlı işi daha yaxşı təşkil etmək üçün məni istefaya göndərdi. Hər halda, istefa qərarını normal qarşıladım”. Sabiq sədr istefaya göndərilməsindən sonra bir qrup hakimin qiyama qalxmasını qeyri-qanuni addım sayıb: “AFFA rəhbərliyinin keçirdiyi iclası yarımçıq tərk edən və mənim istefama etirazını bildirən hakimlərin hərəkətinə qarşı çıxdım. Çünki onların hərəkətini qeyri-qanuni qiymətləndirirdim. Buna görə də, onların hamısını iclasa qaytardım”. Ə.Hüseynov xələfi Murad Məmmədovun perspektivi barədə geniş danışmaq istəməyib: “Murad Məmmədovun işinin öhdəsindən gəlib-gəlməyəcəyi haqda indidən heç nə demək olmaz. İşə başladıqdan sonra onun fəaliyyətini qiymətləndirmək mümkün olacaq”.
Qeyd edək ki, Ə.Hüseynov son iki ildə AFFA-nın Hakimlər Komitəsinin sədri vəzifəsində çalışıb. O, Hakimlər Komitəsindən uzaqlaşdırılsa da, AFFA-nın Texniki Tərəqqi və İnkişaf Departamentinin rəisi vəzifəsində fəaliyyətini davam etdirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR