Bank Of Baku

“Xəzər-Lənkəran” Çempionlar Liqasında mübarizəni dayandırıb

“Xəzər-Lənkəran” Çempionlar Liqasında mübarizəni dayandırıb
# 25 iyul 2007 08:31 (UTC +04:00)
“Xəzər-Lənkəran” Çempionlar Liqasında (ÇL) mübarizəni ilkin təsnifat mərhələsində dayandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Xəzər-Lənkəran” Xorvatiyanın “Dinamo” klubu ilə cavab görüşündə 1:3 hesabı ilə məğlub olub. Bakıda keçirilən ilk oyunda olduğu kimi, hesabı “Xəzər-Lənkəran” açıb. Komandanın braziliyalı yeni transferi Junior Osvaldonun 16-cı dəqiqədə 35 metr məsafədən yerinə yetirdiyi cərimə zərbəsi qarşısıalınmaz olub. Lakin xorvatiyalılar ikinci hissənin əvvəlində tarazlığı bərpa edib. “Dinamo”nun baş məşqçisi Branko İvankoviç fasilədən dərhal sonra Xorvatiya millisinin sabiq üzvü Davor Vuqrinetsi meydana buraxıb. Bakıdakı oyunun iştirakçısı olmayan “Trabzonspor”un keçmiş hücumçusu 56-cı dəqiqə hesabı bərabərləşdirib. İlk oyunda olduğu kimi, 1:1 hesabı qeydə alındığından, 30 dəqiqədən ibarət əlavə vaxt təyin edilib. “Xəzər-Lənkəran” fransalı hücumçusu Edmond N Tiamoa 79-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulduğundan, 41 dəqiqə azlıqda oynayıb və “Dinamo” əlavə vaxtın hər iki hissəsində fərqlənməyə müvəffəq olub. Mario Mancukiç 100, Yosip Todiç isə 116-cı dəqiqədə “Xəzər-Lənkəran”ın qapısına yol tapıb. Bununla da, “Xəzər-Lənkəran” iki il öncə UEFA kubokunda olduğu kimi, mübarizəni ilkin mərhələdə dayandırıb. İndiyədək ÇL-də çıxış edən klublarımızdan hələ ki, “Şəmkir” bu turnirin debütündə mərhələ adlamağı bacarıb.
Qeyd edək ki, 2001-ci ildə “Şəmkir”in baş məşqçisi kimi ÇL-də mərhələ adlayan Ağasəlim Mircavadov “Xəzər-Lənkəran”la bunu reallaşdıra bilməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR