Bank Of Baku

“Dinamo”nun baş məşqçisi Branko İvançoviç: “Xəzər-Lənkəran”a uduzsaydıq, istefa verəcəkdim”

“Dinamo”nun baş məşqçisi Branko İvançoviç: “Xəzər-Lənkəran”a uduzsaydıq, istefa verəcəkdim”
# 25 iyul 2007 09:07 (UTC +04:00)
“Şadam ki, hər şey yaxşı qurtardı. Yetirmələrim əzmkarlıq nümayiş etdirərək, qələbəyə nail oldular. “Xəzər-Lənkəran”a uduzsaydıq, istefa verəcəkdim”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Branko İvankoviç Zaqrebin “Maksimir” stadionunda “Xəzər-Lənkəran”la keçirilən oyundan sonra deyib. B. İvankoviç Lənkəran təmsilçisinin Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazana bilməsə də, kifayət qədər güclü klub olduğunu vurğulayıb: “Rəqib xoşuma gəldi. “Xəzər-Lənkəran” tam formalaşmış klubdur. İkinci təsnifat mərhələsində Albaniyanın “Tirana” və Sloveniyanın “Domjale” klublarından hansı ilə görüşəcəyimizin isə prinsipial fərqi yoxdur. Mənə elə gəlir ki, “Xəzər-Lənkəran” həm “Tirana”, həm də “Domjale”dən güclüdür”. Xorvat məşqçi Zaur Ramazanovun oyununu daha çox bəyənib: “Yenə də “Xəzər-Lənkəran”ın ən yaxşı futbolçusu Zaur Ramazanov oldu. O, həqiqətən də bizim əsəblərimizlə oynadı. Eyni zamanda, Edmond N’Tiamoa da özünü yaxşı tərəfdən göstərdi”. B. İvankoviç texniki zonadan uzaqlaşdırılmasına da münasibət bildirib: “Qırmızı vərəqə alaraq, tribunaya göndərildim. Bir epizodda yan xətt hakiminin qərarlarına həddən artıq çılğın reaksiya göstərdiyimə görə cəzalandırıldım”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR