Bank Of Baku

“Xəzər-Lənkəran”ın “Dinamo” ilə cavab görüşündə meydandan qovulan legioneri cəzalandırılacaq

“Xəzər-Lənkəran”ın “Dinamo” ilə cavab görüşündə meydandan qovulan legioneri cəzalandırılacaq
# 25 iyul 2007 09:22 (UTC +04:00)
“Xəzər-Lənkəran” fransalı hücumçusu Edmond N`Tiamoanı cəzalandıracaq. “APA-Sport” agentliyinin məlumatına görə, “Xəzər-Lənkəran”ın legioneri Çempionlar Liqasının (ÇL) ilkin təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə cavab görüşündə meydandan qovulub, komandanı çətin vəziyyətdə qoyduğuna görə daxili nizam-intizam qaydalarına uyğun cəzasını alacaq. “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadovun zədəli Ceyhun Sultanovun əvəzinə əsas heyətdə meydana buraxdığı E.N`Tiamoa 22 dəqiqəyə (57 və 79-cu dəqiqələrdə) iki sarı, ardından qırmızı vərəqə alaraq komandanı azlıqda qoyub. Nəticədə əlavə vaxtda iki qol buraxan “Xəzər-Lənkəran” 1:3 hesabı ilə məğlub olaraq, ÇL-də mübarizəni dayandırıb. Zaqrebdəki matçın ispaniyalı baş hakimi Bernardo Qonsales Vaskes A.Mircavadovun Bakıdakı oyunla müqayisədə əsas heyətdə yer verdiyi daha bir futbolçu - Füzuli Məmmədova isə sarı vərəqə verib.
E.N`Tiamoa UEFA Nizam-İntizam Komitəsi tərəfindən də cəzalanacaq. Ancaq fransalı hücumçunun rəqibi qəsdən vuran kapitan Emin Quliyevdən fərqli olaraq cəzası yüngül olacaq. Belə ki, E.N`Tiamoa birbaşa qırmızı yox, iki sarı vərəqəyə görə meydandan qovulduğundan, onu bir oyunluq cəza gözləyir. “Xəzər-Lənkəran” ÇL-də mübarizəni dayandırsa da, E.N`Tiamoanın cəzası gələn avro kuboklar mövsümündə də qüvvədə olacaq. “Xəzər-Lənkəran” “Dinamo” ilə hər iki oyunda qırmızı vərəqə alan futbolçusuna görə matçı azlıqda başa vurmalı olub.
Qeyd edək ki, indiyədək avrokuboklarda klublarımız bir dəfə analoji hadisə ilə üzləşib. Bu, 1996-cı “Neftçi”nin UEFA kubokunda çıxışı zamanı olub. Bolqarıstanın “Lokomotiv” klubu ilə Tofiq Bəhramov adına Respublika stadionunda oyunda Aydın Ələkbərov, səfərdə keçirilən cavab görüşündə isə Rasim Abışov qırmızı vərəqə alıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR