Bank Of Baku

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin bütün iştirakçıları məlum olub

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin bütün iştirakçıları məlum olub
# 26 iyul 2007 08:32 (UTC +04:00)
İyunun 25-də keçirilən səkkiz oyunla Avropanın ən nüfuzlu turnirlərindən olan Çempionlar Liqasının (ÇL) ikinci mərhələsinin bütün iştirakçılarının adları bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, “Xəzər-Lənkəran”ı mübarizədən kənarlaşdıran “Dinamo” ikinci mərhələdə Sloveniyanın “Domjale” klubu ilə görüşəcək. “Domjale” Albaniyanın “Tirana” klubunu rəqib meydanında da minimal hesabla məğlub edib. “Dinamo” “Xəzər-Lənkəran”la olduğu kimi, “Domyale” ilə də ilk oyununu səfərdə keçirəcək. ÇL-də iştirak edən postsovet məkanı təmsilçilərindən “Xəzər-Lənkəran”la yanaşı, Gürcüstanın “Olimpi” və Litvanın “Kaunas” klubları da mübarizədən kənarda qalıb. Qeyd edək ki, CL-in ikinci mərhələsində “Domjale” (Sloveniya) “Dinamo” (Xorvatiya) oyunu ilə yanaşı, “Beşiktaş” (Türkiyə) “Şerif” (Moldova), “Srvena Zvezda” (Serbiya) “Levadiya” (Estoniya), “Zaqlebiye” (Polşa) “Styaua” (Rumıniya), “Reyncers” (Şotlandiya) “Zeta” (Çernoqoriya), “Pünik” (Ermənistan) - “Şaxtyor” (Ukrayna), “Debretsen” (Macarıstan) “Elfsborq” (İsveç), “Genk” (Belçika) “Sarayevo” (Bosniya və Herseqovina), “Ventsplis” (Latviya) “Zalsburq” (Avstriya), “Astana” (Qazaxıstan) “Rusenborq” (Norveç), “Hafnarfyordur” (İslandiya) BATE (Belarus), “Jilina” (Slovakiya) “Slaviya” (Çexiya), “Tampere Yunayted” (Finlandiya) Levski (Bolqarıstan), “Kopenhagen” (Danimarka) “Beytar” (İsrail) görüşləri keçiriləcək. İlk oyunlar iyulun 31-i və avqustun 1-də, cavab görüşləri avqustun 7-8-də keçiriləcək. /APA-Sport/

“Tirana” (Albaniya) “Domjale” (Sloveniya) - 1:2 (ilk oyun 0:1)
Klodian Duro, 75 Zlatan Lyubiyankiç, 31, Dario Zahora, 77.
“Ventsplis” (Latviya) TNS (Uels) - 2:1 (2:3)
Jan-Pol Ndeki, 19, Denis Kasanov, 53 Martin Naylor 90.
“Pünik” (Ermənistan) Derri Siti (İrlandiya) - 2:0 (0:0)
Arsen Avetisyan, 29, Gevorq Xazaryan, 67.
Levadiya (Estoniya) “Pobeda” (Makedoniya) - 0:0 (1:0)
“Tampere Yunayted” (Finlandiya) “Murata” (San-Marino) - 2:0 (2:1)
Tomi Petresku, 6, Yari Niemi, 21.
“Elfsborq” (İsveç) “Linfild” (Şimali İrlandiya) 1:0 (0:0)
Mattias Svensson, 32.
“HB Torshavan” (Farer adaları) “Hafnarfyordur” (İslandiya) 0:0 (1:4)
“Jilina” (Slovakiya) “Düdelanj” (Lüksemburq) 5:4 (2:1)
Pavel Devati, 9, İvan Lietava, 11, Peter Stivar, 29, 75, Benjamin Vomaçka, 64 Joris De Qreqorio, 40, 50, Laurent Qutleber, 72, Zarko Lukiç, 82.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR