Bank Of Baku

Biləsuvarın futbol stadionu yenidən qurulur

Biləsuvarın futbol stadionu yenidən qurulur
# 26 iyul 2007 09:11 (UTC +04:00)
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində tikilən Biləsuvar Olimpiya İdman Kompleksi 2008-ci ildə istifadəyə veriləcək. Bu barədə APA-nın cənub bürosuna Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Mütəllim Əhmədov məlumat verib. Onun sözlərinə görə, 5 hektar sahəni əhatə edən kompleks 60 yerlik 3 mərtəbəli mehmanxana, 200 yerlik 2 mərtəbəli yeməkxana, üzgüçülük hovuzu, əl oyunları, futbol stadionu, 7 kottec, qazanxana və nasosxanadan, habelə bir sıra digər yardımçı tikililərdən ibarət olacaq. Gənclər və İdman Nazirliyinin sifarişi ilə ötən ilin dekabr ayından inşa edilən Olimpiya İdman Kompleksinin əsas korpusunda aparılan ilkin işlər yekunlaşmaq üzrədir. Yaxın günlərdə burada üzləmə işlərinə başlanılacaq. Binanın fasadı alkaponlarla örtüləcək. Tikintidə əsasən yerli xammal və materiallardan istifadə edilir. 1000 nəfər tutacaq əsas korpus ilin sonunadək tam hazır olacaq. Burada voleybol, həndbol, basketbol yarışlarının keçirilməsi üçün meydançalar, mini-futbol, atletika zalı qurulacaq. Kompleksin inşasında Lənkəran, Masallı, Biləsuvardan olan 80 nəfərə yaxın işçi qüvvəsi çalışır. Tikintini həyata keçirən “İnkişaf” MMC obyektdə qısa müddət ərzində əsas tikinti-quraşdırma işlərini görüb. Qeyd edək ki, Olimpiya Kompleksi ilə yanaşı, Biləsuvarda futbol stadionu da yenidən qurulur. 2 hektar ərazidə yerləşən stadion 1998-ci ildə salınsa da, burada idmançılar və tamaşaçılar üçün heç bir şərait olmadığından təmirə dayandırılıb. Rayonun daxili imkanları hesabına burada 2500 oturacaq qurulub, tribunalar tikilib. Stadionun qazon örtüyü dəyişdirilib. Yaxın günlərdə stadion idmançıların istifadəsinə veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR