Azərbaycan yığma komandası Avropa Yeniyetmələrinin IX Olimpiya Festivalında 7 qızıl medal qazanıb
28 iyul 2007 07:54 (UTC +04:00)
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, medalları cüdoçu və atletlərimiz əldə ediblər. Cüdoçularımızdan Vüqar Şirinli (50 kq), Elsevər Sadıqzadə (55 kq), Sərxan Əhmədov (60 kq) və Şahin Qəhrəmanov (90 kq) bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Atletlərimizdən Ramil Quliyev 100 və 200 metr məsafəyə qaçışda, Ənvər Zeynalzadə isə üç təkanla uzununa tullanmada birinci olublar. Ç. Hüseynzadənin sözlərinə görə, EYOF-un rəsmi saytında R. Quliyevin 100 metr məsafəyə qaçışda 3-cü yeri tutması barədə yanlış informasiya verilib: “Əslində, Ramil 100 metr məsafəyə də hamıdan birinci çatıb. Bu yanlışlıq medalların ümumi sayı göstərilərkən, aradan qaldırılıb”. MOK rəsmisi, həmçinin, bildirib ki, qızıl medal qazanan idmançılarımıza elə yarışdaca həvəsləndirici pul mükafatları verilib: “Bu məbləğ elə də yüksək deyil. Onlar burada layiqincə mükafatlandırılacaqlar”.
Qeyd edək ki, Azərbaycan yığması göstərdiyi nəticə ilə 49 ölkə arasında Rusiya, İtaliya, Almaniya, Böyük Britaniya və Ukraynadan sonra 6-cı yeri tutub. /APA-Sport/
Qeyd edək ki, Azərbaycan yığması göstərdiyi nəticə ilə 49 ölkə arasında Rusiya, İtaliya, Almaniya, Böyük Britaniya və Ukraynadan sonra 6-cı yeri tutub. /APA-Sport/
Döyüş növləri
Taekvondoçularımız Latviyada G-1 kateqoriyalı yarışda 13 medal qazanıb
22:56
14 sentyabr 2024
"Formula 1" üzrə Azərbaycan “Qran-pri”: İkinci sərbəst yürüşdə Şarl Lekler birinci olub
18:43
13 sentyabr 2024
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionat keçirilib
15:08
13 sentyabr 2024
FHN-in idmançıları beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər
17:28
9 sentyabr 2024