Bank Of Baku

Gürcüstan millisi Azərbaycan yığması ilə yoldaşlıq görüşünü ikinci heyətlə keçirəcək

Gürcüstan millisi Azərbaycan yığması ilə yoldaşlıq görüşünü ikinci heyətlə keçirəcək
# 28 iyul 2007 12:22 (UTC +04:00)
Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Nodar Axalkatsi sentyabrın 12-də Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirmək barədə razılığın əldə olunduğunu təsdiqləyib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, N. Axalkatsi millimizlə görüşdə sentyabrın 8-də Ukrayna ilə Avropa çempionatının seçmə qrup mərhələsi qarşılaşmasında çıxış etməyəcək futbolçuların forma geyəcəyini bildirib: “Bu, məşqçilər şurasının qərarıdır. Azərbaycan yığması ilə yoldaşlıq görüşündə millimizin genişlənmiş heyətinin oyunçuları sınaqdan çıxarılacaq”. GFF prezidenti, həmçinin, bildirib ki, sentyabrda Braziliya ilə yoldaşlıq görüşü keçirmək variantından maliyyə məsələsində razılığa gələ bilmədikləri üçün imtina olunub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR