Bank Of Baku

AFFA yoldaşlıq görüşü keçirmək üçün Tacikistana faks göndərib

AFFA yoldaşlıq görüşü keçirmək üçün Tacikistana faks göndərib
# 30 iyul 2007 09:32 (UTC +04:00)
Azərbaycanın futbol yığma komandası avqustun 22-də Tacikistanla yoldaşlıq görüşü keçirə bilər. AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, bu məqsədlə Tacikistan Futbol Federasiyasına faks göndərilib. Faksda Azərbaycanın Tacikistanla səfərdə oynaması qeyd edilib. B.Əsgərov AFFA-nın təklifinə müsbət cavab verilməyəcəyi təqdirdə, digər ölkələrlə danışıqlar aparılacağını bildirib. Departament rəisi vurğulayıb ki, Tacikistandan sonra Mərakeşə dəvət göndərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, AFFA rəsmilərinin avqustun 22-də yoldaşlıq oyunu keçirmək təklifinə son iki ayda Malta, Litva, Makedoniya, Çernoqoriya, İordaniya, Farer adaları, Lixtenşteyn və Lüksemburq müsbət cavab verməyib. Hazırda Tacikistan FİFA-nın reytinq siyahısında Azərbaycandan 36 pillə aşağıda, 145-ci yerdə qərarlaşıb. İndiyədək yığmamız Tacikistanla bir dəfə qarşılaşıb. 1993-cü il iyunun 6-da İranın paytaxtı Tehranda keçirilmiş oyunda Ələkbər Məmmədovun başçılıq etdiyi milli komandamız 2:0 hesabı ilə qalib gəlib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR