Bank Of Baku

“Trabzonspor” “Xəzər-Lənkəran”la qarşılaşmadan imtina edib

“Trabzonspor” “Xəzər-Lənkəran”la qarşılaşmadan imtina edib
# 30 iyul 2007 13:25 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubunun Türkiyənin “Trabzonspor” komandası ilə yoldaşlıq görüşü baş tutmayacaq. Bu barədə “APA-Sport” agentliyinə “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov məlumat verib. Onun sözlərinə görə, trabzonlular bu oyunda meydana çıxmaqdan imtina ediblər: “Türkiyəlilərlə bu gün danışığımız olub. Onlar bizimlə qarşılaşmaq istəmədilər. “Trabzonspor” rəhbərliyi bunu İntertoto kubokunda mübarizəni dayandırdıqdan sonra komandanın psixoloji baxımdan durumunun pis olması ilə əsaslandırdı. Trabzonlular UEFA kubokuna vəsiqə qazanacağı halda, oyun praktikası qazanmaq üçün “Xəzər-Lənkəran”la avqustun 4-də qarşılaşmaq istəyirdi. Onlar iki günlük xərci boynuna götürmüşdülər. Mən isə sabahdan Türkiyəyə yollanmağı hazır idim”. A.Mircavadov “Trabzonspor”la görüşün Lənkəranda keçirilməsi variantının da müzakirə olunduğunu söyləyib: “Oyunun Lənkəranda keçirilməsinə də çalışdıq. Bu yoldaşlıq görüşünün baş tutması üçün klubumuz bütün xərcləri boynuna götürmüşdü. Ancaq “Trabzonspor” göndərdiyi təklifi sonradan geri götürdü”.
Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni dayandırdan sonra istirahətdə olan “Xəzər-Lənkəran” bu gün Bakıda yığışaraq, çempionata hazırlığa başlayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR