Bank Of Baku

XVI Azərbaycan çempionatının püşkü atılıb

XVI Azərbaycan çempionatının püşkü atılıb
# 30 iyul 2007 14:20 (UTC +04:00)
Bu gün AFFA-nın mənzil-qərargahında XVI Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, tədbirdə öncə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov iştirakçıları salamlayaraq, qarşıdakı çempionatın gərgin mübarizə şəraitində keçəcəyinə ümidvar olduğunu bildirib. O, XVI milli çempionatda yarışacaq komandalardan əsl peşəkarlıq gözlədiyini deyib. Baş katib bütün klublara uğurlar diləyərək, güclünün zəfər çalmasını arzulayıb. Ardından AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənov komandaların nümayəndələrini püşk çəkməyə dəvət edib. Klubların təmsilçiləri ardıcıllıqla içərisində 1-dən 14-dək rəqəmlər yazılmış şarları çəkiblər. Öncə son çempionatın qalibi “Xəzər-Lənkəran”ın nümayəndəsi püşkatmaya dəvət olunub. Lənkəran klubunun bəxtinə 8 rəqəmi düşüb. Sonradan “Neftçi” 4, “Bakı” 3, “İnter” 1, “MKT-Araz” 10, “Olimpik” 5, “Karvan” 7, “Qaraba𔝠9, “Simurq” 6, “Turan” 11, “Gilan” 13, “Gənclərbirliyi” 12, “Masallı” 1 və “Standard-Bakı” 2 rəqəmini çəkib. Püşkün nəticəsinə əsasən, növbəti çempionatın birinci turunda “İnter” “Masallı”, “Standard-Bakı” “Gilan”, “Bakı” “Gənclərbirliyi”, “Neftçi” “Turan”, “Olimpik” “MKT-Araz”, “Simurq” “Qaraba𔝠və “Karvan” “Xəzər-Lənkəran” matçları keçiriləcək. İlk turun ən maraqlı məqamı ondan ibarətdir ki, 7 qarşılaşmadan 5-i Bakıda oynanılacaq. Çempionata avqustun 11-də start veriləcək. İlk dövrə dekabrın 2-də yekunlaşacaq. İkinci dövrə fevralın 16-da başlayacaq. XVI milli çempionat mayın 24-də sona çatacaq. Qarşıdakı yarışda oyunlar şənbə və bazar günləri olacaq. Yarışın qızıl medallarına əsas namizədlər “Xəzər-Lənkəran”la “Neftçi” arasındakı prinsipial qarşılaşma 11-ci turda (10-11 noyabr) Lənkəranda keçiriləcək. Çempionatı axırıncı iki pillədə başa vuran komandalar birinci dəstəyə yuvarlanacaqlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR