Bank Of Baku

Böyükağa Hacıyev: “Neftçi” klubuna maneçilik törətməyəcəyik”

Böyükağa Hacıyev: “Neftçi” klubuna maneçilik törətməyəcəyik”
# 30 iyul 2007 15:29 (UTC +04:00)
“Püşkün nəticəsini uğurlu sayıram. Komandanın göstərəcəyi oyun püşkatmadan çox asılıdır. Qədəmdən qədəmə fərq var”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Bakı” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib. Çalışdırıcı bildirib ki, “Bakı” ilə “Neftçi”nin ev oyunlarını eyni həftəyə təsadüf etməsi narahatlıq doğura bilməz: “İndiyədək Bakıda stadion problemi yaranmayıb. Yəqin ki, bu məsələ “Neftçi” ilə rəhbərlik səviyyəsində razılaşdırılacaq. İnanıram ki, bir-birimizə maneçilik törətməyəcəyik”. “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayev da püşkün nəticəsindən razı qalıb. O, XVI milli çempionatda hakimlərin işinin yüksək səviyyədə olmasını arzulayıb: “Arzu edərdik ki, püşkün nəticəsi divarda aydın göstərildiyi kimi, hakimlərimizin fəaliyyəti də belə şəffaf nümayiş olunsun. Bundan sonra Azərbaycanda futbolun təmiz keçirildiyini söyləmək olar”. Vitse-prezident deyib ki, stadion problemi həllini tapacaq: “Neftçi” ilə “Bakı” ev oyunlarını eyni həftədə keçirəcəklər. Bir həftə stadion dincələcək, növbəti həftə isə iki oyunu qəbul edəcək. Püşkatmadan dərhal sonra “Bakı”nın baş məşqçisindən bu məsələni yoluna qoymağı xahiş etdim. Stadionda birinci bizim, ya “Bakı”nın oynaması fərq etməz. Qardaş komandalarıq. İnanıram ki, ortaq məxrəcə gələcəyik”.
Son ölkə çempionu “Xəzər-Lənkəran”ın icraçı-direktoru Tuyqun Nadirov püşkatmanın nəticəsinin böyük əhəmiyyət daşımadığını bildirib: “Bizim üçün püşkün necə nəticələnməsinin fərqi yoxdur. Əsas odur ki, gözəl oyun olsun, azarkeşlər zövq alsınlar. Azərbaycanda bütün klublar dost, qardaş komandalardır. Bu komandaların rəhbərlikləri ilə gözəl münasibətlərimiz var. XVI milli çempionatın iştirakçılarına uğurlar arzulayıram”. “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl də püşkdən nəticəsindən narazılığını gizlətməyib: “Təqvimi tam dərinliyinə qədər incələyə bilməmişik. İlk oyunu Zaqatalada “Simurq”la oynayacağıq. Bu, məni qane edir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR