Bank Of Baku

İqor Nakoneçnı: “Yaranmış maliyyə problemi “Qrotslin”lə görüşə təsir edəcək”

İqor Nakoneçnı: “Yaranmış maliyyə problemi “Qrotslin”lə görüşə təsir edəcək”
# 31 iyul 2007 08:51 (UTC +04:00)
İmişlinin “MKT-Araz” klubunda yaranmış maliyyə problemi həllini tapır. Bu barədə “APA-Sport” agentliyinə komandanın baş məşqçisi İqor Nakoneçnı məlumat verib. Ukraynalı çalışdırıcının sözlərinə görə, üzləşdikləri çətinlik artıq arxada qalıb: “Komanda üzvlərinə olan borclar ödənilir. Bu problem demək olar ki, həllini tapıb. UEFA kubokunda Polşanın “Qrotslin” klubu ilə ciddi sınaq öncəsi futboldan kənar problemlərlə üzləşmək xoşagəlməz hal oldu. Bununla belə, hesab edirəm ki, yaranmış problemlər “Qrotslin” ilə cavab görüşünə ciddi yox, az təsir göstərəcək”.
Qeyd edək ki, “MKT-Araz” Polşada avqustun 4-də qayıdacaq və bundan sonra klub rəhbərliyi futbolçulara borcları tam ödəyəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR