Azərbaycan avqustun 22-də Tacikistan yığması ilə qarşılaşacaq
31 iyul 2007 09:44 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandası avqustun 22-də Tacikistanla beynəlxalq yoldaşlıq görüşü keçirəcək. Bu barədə “APA-Sport” agentliyinə məlumat verən AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun sözlərinə görə, tacikistanlılar artıq rəsmi razılıq məktubu göndəriblər: “Tacikistan Futbol Federasiyası təklifimizə müsbət cavab verdi. Bu gün aldığımız faksda onlar bizi qəbul etməyə hazır olduqlarını bildiriblər”. Yoldaşlıq görüşü Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək. Bu, Azərbaycanla Tacikistan arasında ikinci qarşılaşma olacaq. İlk görüş 1993-cü il iyunun 6-da İranın paytaxtı Tehranda təşkil olunmuş beynəlxalq turnir çərçivəsində baş tutub. Yığmamız həmin matçda 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, AFFA yoldaşlıq oyunu keçirmək üçün Tacikistandan öncə 8 ölkəyə müraciət edib. Ancaq müxtəlif səbəblərdən Litva, Makedoniya, Çernoqoriya, Malta, İordaniya, Farer adaları, Lixtenşteyn və Lüksemburq AFFA-nın təklifinə müsbət cavab verməyib. /APA-Sport/

Döyüş növləri
FHN-in idmançıları beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər
17:28
9 sentyabr 2024
Azərbaycan daha iki cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB
17:32
6 sentyabr 2024
Azərbaycan cüdoçuları Avropa çempionatında iki qızıl, bir gümüş medal qazanıb - YENİLƏNİB
18:31
5 sentyabr 2024
Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazanıb
02:45
26 avqust 2024