Bank Of Baku

AFFA “MKT-Araz” klubunun ukraynalı legioneri Yevgeni Şimanla bağlı çıxardığı qərarı ləğv edib

AFFA “MKT-Araz” klubunun ukraynalı legioneri Yevgeni Şimanla bağlı çıxardığı qərarı ləğv edib
# 31 iyul 2007 09:55 (UTC +04:00)
AFFA ötən mövsümün sonunda cəzalandırdığı ukraynalı yarımmüdafiəçi Yevgeni Şimanı bağışlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, İmişlinin “MKT-Araz” klubunun sabiq futbolçusu Y.Şiman AFFA Nizam İntizam Komitəsinə (NİK) bağışlanması barədə müraciət edib. NİK bu gün keçirdiyi iclasında Y.Şimanla bağlı 2006-cı il aprelin 20-də çıxarılan qərarı qüvvədən salıb. Həmin qərara əsasən, ukraynalı futbolçu bir ildən artıqdır Azərbaycan çempionatı və kuboku uğrunda yarışlardan kənarda qalıb. Bunu nəzərə alan NİK Əsasnamə və Nizam-İntizam Qaydalarının “Sanksiyanın hissəvi olaraq dayandırılması” maddəsinə əsasən, Y.Şimanın növbəti mövsümdən etibarən Azərbaycan çempionatı və ölkə kuboku uğrunda yarışlarda çıxışına icazə verib.
Saxta Azərbaycan pasportu daşıdığı üçün cəzalanan Y.Şimana görə, “MKT-Araz”ın ötən mövsüm “Xəzər-Lənkəran”la ölkə kuboku uğrunda ¼ final oyununun nəticəsi ləğv olunub. Nəticədə yarımfinala vəsiqəsi əlindən alınan “MKT-Araz” “Xəzər-Lənkəran”la yenidən keçirilən oyunların nəticəsinə əsasən, kubokda mübarizəni dayandırmışdı.
Qeyd edək ki, cəzalanandan sonra “MKT-Araz”ı tərk edərək Polşada oynayan Y.Şiman yenidən Azərbaycanda legioner kimi çıxış edə biləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR