Bank Of Baku

Rasim Kara: “Mahmud Qurbanova ehtiyacımız yoxdur”

Rasim Kara: “Mahmud Qurbanova ehtiyacımız yoxdur”
# 31 iyul 2007 10:15 (UTC +04:00)
“Mahmud Qurbanovun transferi planlarımıza uyğun gəlmir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qaraba𔝠klubunun baş məşqçisi Rasim Kara deyib. Türkiyəli çalışdırıcı “Xəzər-Lənkəran”ın transferə çıxardığı 34 yaşlı oyun qurucusu M.Qurbanova ehtiyaclarının olmadığını söyləyib: “Mahmuda yaşlı futbolçu deməzdim. Onu yaxşı tanıyıram. Vaxtilə “Xəzər-Lənkəran”a mən transfer etmişdim. Lənkəranda işlədiyim vaxt komandanın kapitanı seçildi. Ancaq hazırda onun transferi planımıza daxil deyil. Çünki Mahmudu transfer etmək qarşıdakı mövsüm üçün seçdiyimiz strategiyaya uyğun gəlmir. Bizim transfer etdiyimiz yeni futbolçuların yaşı 23-dən yuxarı deyil. Düzdür, yeni transferimiz olan Fərhad Vəliyevin 27 yaşı var. Ancaq o, Azərbaycan milli komandasının əsas qapıçısıdır. “Qarabağ”da Aslan Kərimov, Azər Məmmədov, Kənan Kərimov kimi yaşı 31-i ötmüş futbolçular var. Ancaq heyətimizdə bir neçə belə təcrübəli futbolçunun olması lazımdır”. R.Karanın sözlərinə görə, bir çox təcrübəli futbolçular onun rəhbərliyi altında çıxış etmək istəsələr də, gənc oyunçulara üstünlük verdiklərindən “Qarabağ”a keçidləri baş tutmur”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR