Bank Of Baku

Şahin Diniyev: “Məndən olsaydı, Braziliya ilə yoldaşlıq görüşü keçirərdik”

Şahin Diniyev: “Məndən olsaydı, Braziliya ilə yoldaşlıq görüşü keçirərdik”
# 31 iyul 2007 11:29 (UTC +04:00)
“Məndən olsaydı, Braziliya ilə yoldaşlıq görüşü keçirərdik”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Şahin Diniyev deyib. Baş məşqçinin sözlərinə görə, əksər komandaların oyun qrafikləri dolu olduğundan yığmamız növbəti yoldaşlıq görüşü çərçivəsində Tacikistanla qarşılaşacaq: “Bir sıra komandalara müraciət etmişdik. Amma həmin yığmaların avqustun 22-də oyunları var idi. Bu səbəbdən Tacikistanla razılığa gəldik”. Ş.Diniyev vurğulayıb ki, Tacikistanın FİFA-nın son reytinq cədvəlində 145-ci yerdə qərarlaşmasına əhəmiyyət vermək lazım deyil: “Bizi indi rəqibin səviyyəsi maraqlandırmır. Əsas odur ki, avqustun 22-də futbolçularımız meydana çıxsınlar və fiziki formalarını bərpa etsinlər. Məqsədimiz yığmanın oyun sistemini saxlamaqdır”. Baş məşqçi Tacikistana aparılacaq heyətin milli çempionatın startından sonra açıqlanacağını söyləyib: “Ölkə çempionatı avqustun 11-də başlayacaq. Yəqin ki, yoldaşlıq matçına çağırılacaq heyət birinci turdan sonra müəyyənləşəcək”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR