Bank Of Baku

“Qaraba𔝠Liberiya millisinin yarımmüdafiəçisi ilə müqavilə bağlayıb

“Qaraba𔝠Liberiya millisinin yarımmüdafiəçisi ilə müqavilə bağlayıb
# 31 iyul 2007 11:49 (UTC +04:00)
Ağdamın “Qaraba𔝠klubu daha bir legionerin keçidini həll edib. “APA-Sport” agentliyinin məlumatına görə, “Qaraba𔝠İsaak Tupo ilə iki il müddətinə müqavilə bağlayıb. Ağdam klubuna sərbəst futbolçu kimi gələn 22 yaşlı futbolçu Liberiya milli komandasının üzvüdür. “Qarabağ”ın Türkiyədəki hazırlıq prosesində sınadığı bu yarımmüdafiəçi oyun qurucusu axtarışında olan komandanın planlarına uyğun gəlib. “Qaraba𔝠Liberiya Futbol Federasiyasına İ.Tupo ilə bağlı göndərdiyi sorğuya müsbət cavab aldıqdan sonra transferi reallaşdırmaq üçün futbolçunun yolunu gözləyirdi. İ.Tupo ilə yanaşı, gürcüstanlı əkiz qardaşlar İrakli və Qoqa Berayalar və nigeriyalı hücumçu Viktor İbekoyinin sıralarında olduğu “Qaraba𔝠yeni mövsümdə heyətində beş legioner olmağı planlaşdırıb. Libero axtarışında olan Ağdam təmsilçisi limitdə vakant yeri 23 yaşlı qvineyalı müdafiəçi ilə doldurmağı planlaşdırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR