Bank Of Baku

UEFA “Xəzər-Lənkəran”ın legioneri Edmond N”™Tiamoanı diskvalifikasiya edib

UEFA “Xəzər-Lənkəran”ın legioneri Edmond N”™Tiamoanı diskvalifikasiya edib
# 31 iyul 2007 12:13 (UTC +04:00)
UEFA “Xəzər-Lənkəran” klubunun fransalı legioneri Edmond N”™Tiamoa haqda qərar çıxarıb. “APA-Sport” agentliyinin məlumatına görə, məsələni müzakirə edən qitə futbol qurumunun Nizam-İntizam Komitəsi futbolçunu bir oyunluq cəzalandırıb. Əslən Qanadan olan hücumçu Çempionlar Liqasının ilkin təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə Zaqrebdə keçirilən görüşün 79-cu dəqiqəsində aldığı qırmızı vərəqəyə görə meydandan qovulub. UEFA AFFA-ya göndərdiyi faksda futbolçuya kəsilən cərimənin məbləğini göstərməyib. “Xəzər-Lənkəran” Çempionlar Liqasında mübarizəni dayandırsa da, E.N”™Tiamoanı cəzası qüvvədə qalaraq, növbəti mövsümə şamil ediləcək.
Qeyd edək ki, UEFA-nın Nizam-İntizam Komitəsi “Dinamo” ilə Bakıdakı oyunda rəqibi qəsdən vurduğu üçün birbaşa qırmızı vərəqə alan “Xəzər-Lənkəran”ın kapitanı Emin Quliyevi beş oyunluq cəzalandırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR