Bank Of Baku

Fariz Yusifovun Çempionlar Liqasındakı idarəçiliyi yüksək balla qiymətləndirilib

Fariz Yusifovun Çempionlar Liqasındakı idarəçiliyi yüksək balla qiymətləndirilib
# 31 iyul 2007 14:02 (UTC +04:00)
FİFA hakimi Fariz Yusifovun Çempionlar Liqasında debütü yüksək qiymətləndirilib. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimizin birinci təsnifat mərhələsində Andorrada yerli “Reyncers” və Moldovanın “Şerif” klubları arasındakı oyunda idarəçiliyi 8,4 balla qiymətləndirilib. Qarşılaşmanın maltalı hakim-inspektoru Viktor Mintoff F.Yusifovun başçılıq etdiyi briqadaya daxil olan hakimlərə, Elman Musayev, Azər Əsgərov və dördüncü hakim olan Babək Quliyevə də eyni qiyməti verib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR