Bank Of Baku

Naxçıvanın futbol yığması Türkiyədə “İqdırspor” klubunu məğlub edib

Naxçıvanın futbol yığması Türkiyədə “İqdırspor” klubunu məğlub edib
# 31 iyul 2007 14:47 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının futbol yığma komandası Türkiyənin İqdır vilayətində keçirilən “Dostluq” turnirinin qalibi olub. Bu barədə “APA-Sport” agentliyinə Naxçıvan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Çingiz Axundov məlumat verib. Ç.Axundovun sözlərinə görə, səfər Naxçıvan Gənclər və İdman Nazirliyi ilə İqdır valiliyi arasında əldə olunmuş razılaşmaya əsasən baş tutub. Naxçıvan yığması İqdırda iki yoldaşlıq görüşü keçirib. Əvvəlcə “İqdırspor”la qarşılaşan komandamız 3:2 hesablı qələbə qazanıb. Naxçıvanlılar növbəti görüşündə isə İqdırın digər klubu “Gənclikspor”u böyük hesabla məğlubiyyətə uğradıblar 6:1. Ç.Axundov bildirib ki, gələcəkdə İqdır futbolçularının da Naxçıvana dəvət olunması nəzərdə tutulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR