Bank Of Baku

Ağasəlim Mircavadov: “Əgər “Neftçi” qələbə qazanmaq istəyisə, rəqibin yaşlı futbolçularını yormalıdır”

Ağasəlim Mircavadov: “Əgər “Neftçi” qələbə qazanmaq istəyisə, rəqibin yaşlı futbolçularını yormalıdır”
# 01 avqust 2007 10:59 (UTC +04:00)
“Neftçi” UEFA kubokunda ikinci mərhələyə çıxmağa qadirdir. Sabiq komandamın “Rid” səddini keçəcəyinə inanıram”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun keçmiş baş məşqçisi Ağasəlim Mircavadov deyib. Hazırda “Xəzər-Lənkəran”ı çalışdıran A.Mircavadov iki il əvvəl çempionluq qazandırdığı “Neftçi”nin Avstriyanın “Rid” klubundan zəif olmadığını söyləyib: “Avrokuboklarda rəqib baxımından “Xəzər-Lənkəran”la müqayisədə “Neftçi”nin bəxti gətirdi. Hər halda, bizim qarşılaşdığımız Xorvatiyanın “Dinamo” klubu çox güclü rəqibdir. “Rid”in “Dinamo”dan zəif rəqib olması mərhələ adlamaq şanslarımızı artırır. Hər halda, biz “Dinamo” kimi komandaya hər iki oyunda 90 dəqiqə ərzində uduzmadıq. 30 dəqiqə davam edən əlavə vaxtda məğlub olduq ki, bunun da obyektiv səbəbləri oldu”. A.Mircavadov “Neftçi”nin Avstriyadakı oyunun izlədikdən sonra sabiq komandası ilə bağlı nikbin fikirdə olduğunu söyləyib: “Neftçi” yaxşı futbolçulardan təşkil olunub, yaxşı kollektivi var. “Rid”lə ilk oyunda yaxşı təsir bağışladı. Komanda özünə xas olan oyun üslubunu nümayiş etdirirdi. Tələsmədən topu özündə saxlayır, topla davranmağa daha çox diqqət yetirirdi. Sadəcə, “Neftçi” ilk oyunda sürəti artıra bilərdi. Amma bunu etmədi. Samir Əliyev, Zaur Tağızadə, Georgi Adamiya kimi sürətli futbolçulardan istifadə etmək lazımdır. Hazırda müasir futbolda sürət oyunun nəticəsinə böyük təsir göstərir. Bakıda havanın çox isti olması həlledici amil ola bilər. Hətta oyun axşam keçirilsə belə, hava isti olacaq. “Rid”in futbolçularının əksəriyyətini yaşı 30 və daha çoxdur. “Neftçi” qələbə qazanmaq istəyisə, əsasən yaşlı futbolçulardan ibarət “Rid”i meydanda yormalıdır”.
A.Mircavadov sabah UEFA kubokunda cavab oyununu keçirəcək İmişlinin “MKT-Araz” klubundan sürpriz gözlədiyini söyləyib: “MKT-Araz”ın Polşanın “Qrotslin” klubu ilə Bakıda keçirilən görüşünü tam izləyə bilmədiyimdən, komandamızın oyunu haqda fikir yürütməkdə çətinlik çəkirəm. Hər halda, komandamız polşalılara uduzmayaraq, öz meydanında qol buraxmadı. Bu, vacib amildir. “MKT-Araz”dan sürpriz gözləməyə dəyər. Açığı, komandanın ukraynalı baş məşqçisi İqor Nakoneçnı sürpriz məşqçidir. Kubok komandası olan “MKT-Araz” səfərdə məhsuldar heç-heçə sayəsində mərhələ adlaya bilər”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR