Bank Of Baku

Branimir Subaşiç: “Rid”ə qol vurmaqla, Avstriyadakı günahımı yumaq fikrindəyəm”

Branimir Subaşiç: “Rid”ə qol vurmaqla, Avstriyadakı günahımı yumaq fikrindəyəm”
# 01 avqust 2007 12:01 (UTC +04:00)
“Komandamızın “Rid”lə müqayisədə ikinci mərhələyə çıxmaq şansı daha çoxdur”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun hücumçusu Branimir Subaşiç deyib. UEFA Kubokunun birinci təsnifat mərhələsində sabah Avstriyanın “Rid” klubu ilə keçiriləcək cavab oyununa ciddi hazırlaşdıqlarını vurğulayan serbiyalı futbolçu mərhələ keçmək perspektivinə daha çox inandığını söyləyib: “Cavab görüşü ilə bağlı müsbət fikirdəyəm. İlk matçda 1:3 hesabı ilə uduzan komandamız təkrar matçın əhəmiyyətin dərk edərək, motivasiya olunub. İlk dəqiqlərdən hücuma atılaraq, rəqibi qapısı ağzına sıxmaq lazımdır. Bizə növbəti mərhələyə keçmək üçün iki top fərqi ilə qələbə qazanmaq lazım olduğundan, ilk qolu tez vurmağa çalışmalıyıq. Düzdür, böyük qüvvə ilə müdafiə olunacaq “Rid”in qapısına yol tapmaq çətin olsa da, mümkünsüz deyil. “Rid” yaxşı, mütəşəkkil komanda olsa da, o qədər də güclü deyil. “Neftçi” öz oyununu nümayiş etdirib, kollektiv oyun hesabına rəqibi üstələmək iqtidarındadır. Fərdi oyunu götürəndə də komandamızın “Rid”dən üstün olduğunu düşünürəm”. “Rid” ilə səfər oyununda sonradan meydana çıxan B.Subaşiç hesab 1:1 olarkən real qol imkanının əldən verməsinə görə çox təəssüfləndiyini söyləyib. Milli komandamızda da çıxış edən serbiyalı hücumçu sabah bunu əvəzini çıxacağını qeyd edib: “Rid”ə Bakıda qol vurmaq üçün bütün bacarığını ortaya qoyacağam. “Rid”ə qol vurmaqla, Avstriyadakı günahımı yumaq fikrindəyəm. Rəqibin müdafiə xəttinin elə də güclü olmamağı, yaşlı futbolçularının olması məni istəyimə çatacağıma inandırıb. Avstriyalılara Bakıda istidə oynamaq çətin olacaq ki, bu da cavab görüşündə daha bir üstünlüyümüzdür. Düzdür, havanın çox isti, hətta nəfəs almağın çətin olması bizi də meydanda yoracaq. Ancaq biz bu hava şəraitinə uyğunlaşaraq, “Rid”lə məsul sınaqda qarşıya çıxan çətinlikləri dəf etməyə hazırıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR