Ramiz Mirzəyev: “Dünyanın heç bir ölkəsində futbolçu öz məşqçisinə qarşı çıxmır”
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Ramiz Mirzəyevin “APA-Sport” agentliyinə eksklüziv müsahibəsi
g- AFFA rəhbərliyi son bir ildə futbolçuların, məşqçilərin və texniki işçilərin sifariş qiymətlərini üç dəfə dəyişdirib. Sizcə, AFFA-nın öz qərarını tez-tez dəyişməsinə səbəb nədir?
- AFFA ictimai təşkilat olduğundan bütün qərarlar kollegial şəkildə qəbul olunur. Əsas məsələlər AFFA-nın konfransında müzakirə edilir. Müəyyən məsələlər var ki, reqlamentə əsasən, İcraiyyə Komitəsində baxılır və müvafiq qərarlar çıxarılır. Mən AFFA prezidenti kimi bir səsə malikəm. Təbii ki, qəbul olunan qərarlara öz münasibətimi bildirirəm. Sifariş qiymətlərinin dəyişdirilməsi təklifi klubların nümayəndələri tərəfindən irəli sürülüb. Bundan başqa, legioner limitinin 3 olmasına tərəfdar olmuşam. Həmişə bu mövqedə qalmışam. Lakin limit “5+2” qəbul edildi. Halbuki, AFFA-nın aprelin 26-da keçirilmiş konfransının gündəliyində legioner limiti ilə bağlı məsələ yox idi. Mən tək qərar qəbul etmirəm. Bizdə idarəetmə forması belədir. Bunu dəfələrlə ictimaiyyətə çatdırmışıq. Amma bəzi qəzetlər - onların sayı çox deyil - özlərinə süni populyarlıq qazandırmaq, reklam etdirmək üçün bunu başqa cür qələmə verirlər. Nəticədə özlərini hörmətdən salırlar.
- Qeyd etdiyiniz kimi, legioner limitinin 3 olmasının tərəfdarısınız. Lakin indi limit “5+2”dir. Ümumiyyətlə, klublarımızda legionerlərin oynamasına münasibətiniz necədir?
- Klublarımız son dörd ildə əsasən əcnəbi futbolçuların xidmətindən yararlanmağa üstünlük verirlər. Bəzi klublar indi başa düşürlər ki, biz gec-tez öz futbolçularımızı yetişdirməli, yerli oyunçulardan istifadə etməliyik. Hazırda yerli futbolçularımız kifayət qədər deyil. Onların arasında tərbiyəli, ləyaqətli, vətənini, millətini sevənlər var. Həmçinin özündənrazı futbolçulara da rast gəlmək mümkündür. Onlar özlərini əvəzolunmaz hesab edirlər. Belələrində vətənpərvərlik hissi yox dərəcəsindədir. Onlar, sadəcə, özlərini məhv edirlər, öz perspektivlərinə zərbə vururlar. Dünyanın heç bir ölkəsində futbolçu öz məşqçisinə qarşı çıxmır, qarşısına şərt qoymur. Amma Azərbaycanda belə hal mövcuddur. Klublar bu futbolçuların təlim-tərbiyəsi ilə, nizam-intizamı ilə çox zəif məşğul olurlar.
- Fuad Musayevin AFFA prezidenti olduğu dövrdəki kimi, sizin assosiasiyaya rəhbərlik etdiyiniz vaxtda da ölkə futbolunda narazılıqlar var. Siz prezident seçiləndən sonra AFFA hansı ciddi problemləri yoluna qoya bilməyib?
- Ötən müddətdə xeyli işlər görmüşük. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Bununla yanaşı, nöqsanlarımız da var. Ən böyük problem Azərbaycanda futbolun kütləviliyinə nail ola bilməməyimizdir. Bizdən asılı olmayan səbəblərə görə buna nail olmamışıq. Futbolçu yetişdirmək AFFA-nın işi deyil. Yeni futbolçuların üzə çıxarılması, onlara bu idman növünün sirlərini öyrətmək ayrı-ayrı qurumların nəzdində olan 204 idman məktəbinin üzərinə düşür. Futbolun kütləviliyinə nail olmaq üçün həmin məktəblər özəl qaydada fəaliyyət göstərməlidirlər. Çünki bu məktəblərdəki əmək haqqı, digər xərclər, ayrılan vəsaitlər futbolçu yetişdirməyə tam yetmir. AFFA ölkədə çempionatın keçirilməsi ilə məşğul olur, müxtəlif yaş qrupları üzrə yığma komandaların oyunlarını, xaricə səfərlərini təşkil edir.
- Futbolun inkişafına dair Dövlət Proqramının qəbulundan il yarımdan çox vaxt keçir. Bu vaxt ərzində görülən işlərdən razısınızmı?
- Dövlət Proqramında uşaq futbolunun inkişafı, futbolun kütləviliyinə nail olmaq, hüquqi normativ sənədlərin hazırlanması və s. məsələlər nəzərdə tutulub. Bu proqramla əlaqədar Gənclər və İdman Nazirliyində İşçi Qrupu fəaliyyət göstərir. İşçi qrupunun iclaslarında mən və baş katib müntəzəm iştirak edirik. Dövlətin dəstəyi ilə bu proqramdakı müəyyən işlər həyata keçirilib. İrəliləyişlər var və bütün bunlar göz qabağındadır. Görünəni inkar etmək olmaz. Kim bunu görmək istəmirsə, öz işidir. Mövcud problemləri dövlət qurumları ilə birgə həll etməliyik. Bunun üçün Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi də çalışır.
- Uşaq Futbol Akademiyasının inşasına nə vaxt başlanacaq?
- Öncə klubların nəzdində futbol məktəbləri açılmalıdır. Bu məktəblərin internat tipli olması daha məqsədəuyğundur. Belə olan halda, uşaqların qidalanmasına, geyiminə, təhsil almasına və futbolun sirlərini peşəkarcasına öyrənməsinə kompleks şəkildə imkan yaranar.
- Uzun müddətdir ki, futbol təsərrüfatına vergi məsələləri ilə bağlı güzəşt nediləcəyi barədə söz-söhbət dolaşır”¦
- Bəzi ölkələrdə, o cümlədən Türkiyədə futbolun vergidən azad olunması barədə qanunlar mövcuddur. Ölkəmizdə də bununla bağlı qanun qəbul olunması üçün müvafiq qurumlara müraciət etmişik.
- Hakimlər Komitəsinin sədri Əli Hüseynovun istefaya göndərilməsinə səbəb nə oldu?
- Hakimlərlə bağlı problemlərimiz var. Bildiyiniz kimi, bəzi hakimlər çox ciddi cəzalandırılıb. AFFA-nın Hakimlər Komitəsinin sədri Əli Hüseynov İcraiyyə Komitəsinin qərarı ilə istefaya göndərilib. Düzdür, Əli Hüseynov Hakimlər Komitəsində müəyyən işlər görmüşdü. Amma elə işlər var ki, insanın imkanı, gücü, potensialı səviyyəsində deyil. Problemlər qlobal şəkil alanda zəruri tədbirlər görmək lazım gəlir. Əli Hüseynovun indiyə qədər olan fəaliyyətini qənaətbəxş hesab edirəm. Deyərdim ki, çox problemlər həll edilib. Amma ondan asılı olmayan problemlər var ki, həllini tapmayıb. İcraiyyə Komitəsində Hakimlər Komitəsinə yeni nəfəs, yeni ab-hava, yeni qüvvə gətirilməsi məqsədilə Əli Hüseynovun istefaya göndərilməsi barədə qərar qəbul edildi.
- Necə düşünürsünüz, yeni baş katib Elxan Məmmədov vəzifəsinin öhdəsindən gələ biləcəkmi?
- Bilirsiniz ki, İcraiyyə Komitəsinin son iclasında yeni baş katib təsdiqləndi. Elxan Məmmədov gənc, istedadlı və perspektivli kadrdır. Onun da müəyyən proqramları var.
- Ötən ilin oktyabrında, eləcə də bu ilin mayında AFFA maliyyə problemi ilə üzləşmişdi. Hazırda rəhbərlik etdiyiniz assosiasiyanın maddi durumu necədir?
- Milli komandanın maliyyə problemi 2006-cı ildə yaranıb və indi də davam edir. Biz adicə bir komandanın təlim-məşq toplanışını həyata keçirə bilmirik. Müxtəlif yaş qrupları üzrə milli komandaların təlim-məşq toplanışı, səfərlərinin təşkili, ezamiyyə xərclərini AFFA öz üzərinə götürüb. Bizim maliyyə əməliyyatlarımız açıq, şəffaf şəkildə həyata keçirilir. Hesabat, audit yoxlaması mətbuatda da dərc olunur. Bu sahədə ən böyük işlərimizdən biri 2004-cü ilədək İsveçrədə olan AFFA-nın valyuta hesabını Azərbaycana köçürməyimizdir. Yığmaların bütün səfərləri, onlara təyyarə ayrılması, rahat otellərdə məskunlaşması, mükafatlandırılması Avropa səviyyəsində təşkil olunur. Ancaq futbolçularımız oyun səviyyəsi baxımından avropalı həmkarlarından geri qalırlar. Onların fiziki hazırlığı çox zəifdir. Bəzilərinin fiziki hazırlığı son dərəcə aşağıdır.
- Milli çempionatın və kubok oyunlarının teleyayımı ilə bağlı narazılıqlar baş qaldırıb”¦
- FİFA və UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycanda çempionat və kubok oyunlarını yayımlayan televiziya qurumları AFFA-ya vəsait ödəməlidirlər. Bu tələb AFFA qarşısına beynəlxalq təşkilat tərəfindən qoyulub. Milli çempionatın yayım hüququ ilə bağlı keçirilən tenderdə AzTV qalib gəlib. Onlar da yayım müqabilində müəyyən məbləğdə vəsait ödəyirdilər. Ancaq bəzi televiziyaların aparıcıları səlahiyyəti, hüququ olmadan hakimin işinə müdaxilə edir və tamaşaçıda yanlış fikir yaradır. Amma tamaşaçı da bilir ki, hakimin işinə qarışmaq aparıcının hüququ deyil. Hakimin səhvinə isə hakim-inspektor qiymət verir. Futbol verilişlərinə bəzən futbol mütəxəssisi olmayanları dəvət edirlər. Oyunların şərhində də ciddi nöqsanlara yol verilir. Bəzi klublar oyunların birtərəfli şərh olunması ilə bağlı dəfələrlə şikayət məktubları yazıblar. Növbəti çempionatın oyunlarının yayımında bu və ya digər neqativ halların aradan qaldırılmasına çalışacağıq.
- Milli komandamız beynəlxalq yoldaşlıq görüşü keçirmək üçün rəqib axtarışında həmişə çətinlik yaşayır və əksər hallarda layiqli rəqib tapmır. Peşəkar komandalarda isə belə məsələlər təxminən bir il öncədən yoluna qoyulur. Azərbaycan yığmasında bu problem nə zaman həll olunacaq?
- Yığmamızın səviyyəsi qalxanda, yoldaşlıq matçı oynamağa problem olmayacaq. Biz milli komandamızdan səviyyəli, güclü yığmalarla yoldaşlıq görüşü keçirmək istəyirik. Azərbaycan aşağı səviyyəli komandalarla oynamaq istəyində deyil. Yığmamızın səviyyəsi qalxanda, Avropa ölkələri özləri yoldaşlıq görüşü keçirmək üçün bizə müraciət edəcəklər. Bu sahədə əsas nöqsan Azərbaycanda futbolun kütləviliyinə nail ola bilməməyimiz, futbolçuların sayının kifayət qədər olmaması və onların lazımi səviyyədə hazırlanmamasıdır. Üzdə olan futbolçularımızın, yığmamızın aparıcı üzvlərinin fiziki hazırlığının tələblərə cavab verməməsi də problemlərdən biridir. Vəziyyətdən çıxış üçün yeni futbolçu nəsli hazırlamalıyıq. Futbolun kütləviliynə nail olsaq, seçim imkanı da çoxalacaq. Nəticədə özündənrazılıq, özünü yüksək qiymətləndirmə halları aradan qalxacaq. Bu gün az sayda futbolçumuz legioner həyatı yaşayır. Onlar da çıxış etdikləri ölkələrin aşağı dəstəsində oynayan komandaların üzvləridir. Əgər 2004-cü ilədək Ukrayna, Rusiya çempionatlarında azərbaycanlı futbolçular çıxış edirdilərsə, sonradan onların hamısı vətənə qayıtdı. Ona görə ki, belə oyunçulara xarici ölkələrlə müqayisədə Azərbaycanda daha çox pul verilir. Bunlar pula görə oynayırlar. Belələrində vətənpərvərlik, milli hiss o qədər də güclü deyil. Amma Rusiyada, Ukraynada, Türkiyədə və Avropanın digər ölkələrində futbolçuların pula olan sevgisi onların vətənpərvərlik, milli hisslərindən üstün deyil. Yığmanın formasını geyinməkdən müxtəlif variantlarla imtina edən futbolçudan soruşmaq lazımdır: səndə vətənpərvərlik, milli hiss yoxdursa, nə üçün bu ölkədə yaşayırsan? Azərbaycan xalqı, vətəndaşı sənə hansı münasibəti göstərməlidir, hansı qiyməti verməlidir? Bunlar bu cür tərbiyə alıblar. Buna görə də bu klubdan o kluba keçməklə, kimlərisə aldatmaqla məşğuldurlar. Mən “Neftçi”nin prezidenti olmuşam. Bu baxımdan futbolçuların psixologiyasını, xarakterini bilirəm, onların tərbiyəsi ilə də məşğulam. Bir vaxtlar Azərbaycanın ən yaxşı futbolçularını “Neftçi”yə dəvət etmişəm. İstədikləri vəsaiti də vermişik. Onların arasında aylıq, yaxud illik qazancını götürüb qaçanlar da olub, riyakarlara da rast gəlmişik. Amma AFFA prezidenti olduqdan sonra düz yola gəlmələri üçün onları bağışladım. Çox təəssüf ki, onlar düzəlmədilər və yenə həmin əməllərlə məşğuldurlar.
- AFFA ilə “Neftçi”nin münasibətləri həmişə “soyuq” olub. Siz “Neftçi”nin prezidenti olduğunuz dövrdə də, elə indi də bu komanda AFFA-ya müxalif mövqedən çıxış edib. Sizcə, məsələnin kökündə nə durur?
- “Neftçi”nin AFFA-ya müxalif olması fikrini qəbul etmirəm. Digər klublar kimi, “Neftçi” də bəzi çempionat oyunlarının nəticəsindən narazılığını bildirib ki, bu da təbii haldır. “Neftçi” qalib gələ bilmədiyi oyunlarla bağlı hakimlərdən etirazını bizə çatdırır, araşdırma aparırıq, buna obyektiv qiymət verilir. Ötən çempionatın son turlarının gedişini hamımız izlədik. “Olimpik” “Neftçi” oyununu nəzarətə götürdük, matça FİFA referisi İmanxan Sultani təyin olundu. Həmçinin AFFA-nın ekspert komissiyasının üzvləri və digər mütəxəssisləri bu oyuna cəlb etdik. Azərbaycan Televiziyası ilə canlı yayımlanan qarşılaşmada “Olimpik”in gənc futbolçuları “Neftçi”yə qalib gəldilər. Mən peşəkar futbolçuların toplaşdığı “Neftçi”nin oyunundan təəssüfləndim. “Olimpik”in adları ictimaiyyətə hələ tam məlum olmayan futbolçuları “Neftçi”nin üzvlərindən fiziki, taktiki və texniki cəhətdən üstün oyun nümayiş etdirdilər. Deməli, lazım gələndə, bizim yerli futbolçular özlərini yaxşı tərəfdən göstərə bilirlər. Bu, ötən il “Turan”ın “Karvan”la oyununda da özünü büruzə verdi. Ən zəif hesab olunan klub ən güclü komandaya qalib gəldi. Belələri işinə vicdanla yanaşır, aldığı vəsait müqabilində zəhmətdən yayınmırlar. Ancaq bəzən oynayıb, bəzən isə oynamayan futbolçulara klublarımızda və yığmamızda olub. Bilirsiniz ki, 2005-ci ildə Polşaya 0:8 hesabı ilə uduzduq. Həmin qarşılaşmada ən səviyyəli, güclü futbolçularımız forma geyirdilər. Futbolçularımızın göstərdikləri oyuna təəccüb elədik. Onlar, demək olar ki, oynamadılar. Araşdırma zamanı məlum oldu ki, müəyyən qüvvələr tərəfindən sifariş olub, futbolçulara bilərəkdən oynamamaları, böyük hesabla uduzmaları tapşırılıb. Həmin qüvvələr AFFA rəhbərliyinin və milli komandanın baş məşqçisinin istefaya getməsini arzulayırdılar. Ona görə ki, kimsə çempion olacaqdı. Çempion olsunlar da. Qızıl medalları bir klub qazana bilər də. Altı klub birdən-birə çempion ola bilməz ki?! Narazılıq hamısı bundan yaranır. Bizim üçün klublar hamısı eynidir. Əgər bizim hansısa kluba xüsusi rəğbətimiz olsaydı, “Neftçi”dən getməzdim. Çünki mənim həm AFFA, həm də klub prezidenti olmaq hüququm var. Buna qaydalar da, əsasnamələr də imkan verirdi. Mən özüm sağlam rəqabət yaratmaq üçün “Neftçi”dən istefa vermişəm. Bu addımı sağlam rəqabət yaratmaqla yanaşı, klublarımıza yeni iş adamlarının cəlb edilməsi, futbolun inkişafına nail olmaq məqsədilə atdım. Yəni bizim “Neftçi” klubunun rəhbərliyi ilə problemimiz yoxdur. Onların hansı müraciəti olursa, öz nümayəndələrinin iştirakı ilə araşdırılır. Yaxşı olar ki, futbol klubları öz işlərini peşəkarcasına, sağlam niyyətlə qursunlar. /APA-Sport/

Döyüş növləri
UFC döyüşçüsü Rafael Fiziyev Azərbaycana gəlib
Maxaçev yarımorta çəkidə çempionluq titulunu Qerri ilə döyüşdə müdafiə edəcək
Cüdoçumuz Avropa Kubokunun qalibi olub