Bank Of Baku

“Neftçi” XXI əsrdə keçirdiyi qitə miqyaslı yarışlarda Bakıda qol buraxmayıb

“Neftçi” XXI əsrdə keçirdiyi qitə miqyaslı yarışlarda Bakıda qol buraxmayıb
# 01 avqust 2007 12:57 (UTC +04:00)
Dördqat Azərbaycan çempionu “Neftçi” XXI əsrdə qitə miqyaslı yarışlarda öz meydanında qol buraxmayıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Neftçi” avrokuboklarda sonuncu qolunu ötən əsrdə, səkkiz il öncə buraxıb. Belə ki, komandamız 1999-cu ilin iyulunda Serbiyanın “Srvena Zvezda” klubu ilə görüşdə öz qapısından üç top buraxıb. Həmin oyunda 2:3 hesabı ilə məğlub olan “Neftçi” 2000 və 2001-ci illərdə UEFA kubokunda Sloveniyanın “Hit-Qoritsa” (1:0 və 0:0), 2004 və 2005-ci illərdə Çempionlar Liqasında Bosniya və Herseqovinan “Şiroki Briyeq” (1:0), Rusiyanın MOİK (0:0), İslandiyanın “Hafnarfyordur” (2:0), Belçikanın “Anderlext” (1:0) klubları ilə oyunlarda qapısının toxunulmazlığını qoruyub. Səkkiz ildir avrokuboklarda öz meydanında uduzmayan “Neftçi” ev oyunlarını sabah Avstriyanın “Rid” klubu ilə görüşəcəyi Tofiq Bəhramov adına Respublika stadionunda keçirir. Hazırda “Neftçi”nin heyətində “Srvena Zvezda” ilə görüşün iştirakçısı olan yeganə futbolçu “Rid”ə ilk oyunda qol vuran Samir Əliyevdir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR