Bank Of Baku

Helmut Kraft: “Neftçi”yə uduzsaq, bu, bizim üçün faciə olacaq”

Helmut Kraft: “Neftçi”yə uduzsaq, bu, bizim üçün faciə olacaq”
# 01 avqust 2007 16:13 (UTC +04:00)
“İlk oyunda “Neftçi” klubuna 3:1 hesabı ilə qalib gəldiyimiz üçün böyük üstünlüyə malikik. Deməli, iki həftə əvvəlki ilə müqayisədə vəziyyət fərqlidir”. Bu sözləri Heydər Əliyev Beynəlxalq Hava Limanında “APA-Sport” agentliyinə eksklüziv açıqlamasında Avstriyanın “Rid” klubunun baş məşqçisi Helmut Kraft deyib. H.Kraftın sözlərinə görə, sabah UEFA kubokunun birinci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək matçda məğlubiyyət faciəyə bərabər olacaq: “Bakıda “Neftçi”yə uduzsaq, bu, bizim üçün faciəyə çevriləcək. Çünki qarşımıza UEFA kubokunun növbəti mərhələsinə yüksəlmək vəzifəsi qoymuşuq”. H.Kraft “Neftçi”nin bir sıra üstün keyfiyyətlərə məxsus olduğunu söyləyib: “Rəqib komanda hücum təşkilində yaxşı nəzərə çarpır, sürətli oyunçuları var. Üstəlik, Bakıda hava çox istidir. Çalışacağıq ki, bu amillər bizə maneçilik törətməsin”. “Rid”in baş məşqçisi UEFA kubokunun püşkatmasından sonra “Neftçi”ni Lixtenşteyn və Lüksemburq klubları ilə müqayisə etdiyini təsdiqləyib: “Mən bu sözləri məsafə baxımından demişəm. Yəni, Lixtenşteyn və Lüksemburq Avropaya daha yaxındır. Bu ölkələrin futbolu bizə yaxşı tanışdır. Amma Azərbaycan Avropadan uzaqdır. Bu səbəbdən ölkənizin haqqında məlumatımız yoxdur”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR