Bank Of Baku

“Rid” klubunun prezidenti Yohan Villminqer: “Neftçi” ilə oyun 0:0 hesabı ilə nəticələnəcək”

“Rid” klubunun prezidenti Yohan Villminqer: “Neftçi” ilə oyun 0:0 hesabı ilə nəticələnəcək”
# 01 avqust 2007 16:31 (UTC +04:00)
“Bakıya ilk dəfə gəlirəm. Hər şey yaxşıdır. Amma deyəsən, burada havalar çox isti keçir”. Bu sözləri “APA-Sport” agentliyinə eksklüziv açıqlamasında Avstriyanın “Rid” klubunun prezidenti Yohan Villminqer deyib. O, UEFA kubokunun birinci təsnifat mərhələsinin ilk görüşündə “Neftçi” klubunun sürpriz oyun nümayiş etdirdiyini bildirib: “Düzünü desəm, “Neftçi”dən belə oyun gözləmirdik. Bizim üçün sürpriz oldu. Buna baxmayaraq, ilk matçda yaxşı nəticə əldə etmişik. Bu, cavab görüşü ərəfəsində növbəti mərhələyə adlamaq şansımızın çox olması deməkdir”. Y.Villminqer vurğulayıb ki, “Rid” “Neftçi” ilə cavab görüşündə qeyri-qənaətbəxş çıxış etsə belə, məşqçi korpusunda dəyişiklik olmayacaq: “Mənim məşqçi korpusunda dəyişiklik etmək fikrim yoxdur”. Klub prezidenti sabahkı oyunla bağlı proqnoz verib: “Mənə elə gəlir ki, “Neftçi” ilə qarşılaşma 0:0 hesabı ilə nəticələnəcək”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR