Bank Of Baku

“Neftçi” klubunun UEFA kubokundakı rəqibi “Rid” Bakıya gəlib

“Neftçi” klubunun UEFA kubokundakı rəqibi “Rid” Bakıya gəlib
# 01 avqust 2007 16:52 (UTC +04:00)
Azərbaycanı UEFA kubokunda təmsil edən “Neftçi” klubunun rəqibi Avstriyanın “Rid” komandası birinci təsnifat mərhələsinin cavab görüşünü keçirmək üçün bu gün Bakıya gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, avstriyalıları Bakıya gətirən təyyarənin Heydər Əliyev Beynəlxalq Hava Limanına saat 17:15-də enməsi gəzlənilsə də, onlar qeyri-müəyyən səbəbdən 40 dəqiqə yubanıblar. Havanın isti olmasından şikayətlənən qonaqlar UEFA kubokunun ikinci təsnifat mərhələsinə yüksələcəklərinə inandıqlarını bildiriblər. “Rid”in baş məşqçisi Helmut Kraft “APA-Sport” agentliyinə eksklüziv açıqlamasında cavab görüşü ərəfəsində şanslarının yüksək olduğunu deyib: “Qarşımıza UEFA kubokunun növbəti mərhələsinə yüksəlmək vəzifəsi qoymuşuq. Rəqibimiz hücum təşkilində yaxşı nəzərə çarpır, sürətli oyunçuları var. Üstəlik, Bakıda hava çox istidir. Çalışacağıq ki, bu amillər bizə maneçilik törətməsin. “Neftçi”yə uduzsaq, bu, bizim üçün faciəyə çevriləcək”. Komandanın türk əsilli yarımmüdafiəçisi Harun Ərbəy də Bakıya qələbə üçün gəldiklərini söyləyib: “İlk qarşılaşmada qələbə qazandığımız üçün növbəti mərhələyə çıxmaq şanslarımız çoxdur. Əleyhimizə olan yeganə amil 30 min nəfərlik tamaşaçı tutumuna malik stadionda oynamağımızdır. Bakıda da qələbə qazanaraq, ikinci təsnifat mərhələsinə yüksələcəyik”. “Rid”in prezidenti Yohan Villminqer isə sabahkı qarşılaşma ilə bağlı proqnoz verib: “Rəqibimizin Avstriyada nümayiş etdirdiyi oyun sürpriz oldu. Buna baxmayaraq, ilk matçda yaxşı nəticə əldə etmişik. Komandam “Neftçi” ilə cavab görüşündə qeyri-qənaətbəxş çıxış etsə belə, məşqçi korpusunda dəyişiklik etməyəcəyəm. Mənə elə gəlir ki, sabahkı oyun 0:0 hesabı ilə nəticələnəcək”. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR